İqtisadiyyat

Maliyyə naziri: "Bu ilin yekununda Azərbaycanda 0,2% iqtisadi geriləmə gözləyirik"

28 Dekabr 2017 11:31

"Azərbaycan iqtisadiyyatında ötən ildən geriləmə olsa da, bu il onun sürəti xeyli azaldılıb. Sözügedən göstərici ötən ilki 3,9%-dən bu il 0,2%-ə endirilib və bu ilin yekununda Azərbaycanda təxminn bu qədər iqtisadi geriləmə gözləyirik".“Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Samir Şərifov: "Manatın daha da bahalaşmasına təzyiqlər mövcuddur"

28 Dekabr 2017 11:30

2017-ci il Azərbaycanda iqtisadi baxımdan sabitləşmə ili kimi yadda qalacaq. “Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bu il hökumət daha çox ölkə iqtisadiyyatının 2015-2016-cı illərdə məruz qaldığı xarici şokların təsiri ilə yaranmış problemlərin həlli ilə məşğul olub və makro-iqtisadi vəziyyətin sabitləşməsinə səy göstərib: "Artıq görülmüş tədbirlər nəticə verib və 11 aylıq statistika göstərir ki, iqtisadiyyatda sabitləşmə baş verib.

Azərbaycana gətirilən incəsənət əsərlərinin gömrük rüsumu 10 dəfə artırılır

27 Dekabr 2017 17:59

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyalara tətbiq edilən gömrük rüsumları dəyişəcək. Məlumata görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Paytaxt əhalisinin xərclərinin yarıdan çoxu ərzaq və yanacağın payına düşür

27 Dekabr 2017 17:39

2017-ci ilin yanvar-noyabr aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 21 mlrd. 964,1 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.

200 milyon manata yaxın ipoteka krediti verildi

27 Dekabr 2017 17:12

Ötən il verilən kreditlərin məbləği 194 milyon manat təşkil edib. 2017-ci il ərzində 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalanaraq mənzil problemini həll edib.

İslahatlar ili uğurla başa çatır

27 Dekabr 2017 16:00

2017-ci ilin başa çatmasına saylı günlər qalıb. Bu il dünya ölkələri üçün bir sıra çətinliklərlə müşahidə olundu və indinin özündə də mövcud proablemləri aradan qaldırmaq mümkün olmayıb. Xüsysən, dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi, baş verən münaqişələr bir sıra dövlətlərin iqtisadi tənəzzülü ilə səciyyələndi. Ümumilikdə bu il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın, digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Belə bir şəraitdə geridə qalan dövrün Azərbaycan iqtisadiyyatına təsiri maraq doğurur.

Bank sektorunu  xilas etmək mümkün olmayacaq

27 Dekabr 2017 14:28

Bir neçə il əvvəl dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra maliyyə bazarlarında yaşanan xoşagəlməz olaylar Azərbaycandan da yan keçmədi. Yaranmış yeni vəziyyətə tab gətirməyən bir sıra banklar fəaliyyətini dayandırdı, onların lisenziyası ləğv edildi.

Ölkədə sənayeləşmə siyasəti geniş vüsət alır

27 Dekabr 2017 14:24

Azərbaycanda həyata keçirilən davamlı və məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı o səviyyəyə çatıb ki, artıq respublikamızın müsbət reallıqları beynəlxalq səviyyədə də etiraf edilir və yüksək qiymətləndirilir. Nüfuzlu Davos İqtisadi Forumunun bir müddət əvvəl yaydığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Eyni zamanda, Dünya Bankının “Doing Business 2018” hesabatında da Azərbaycan yüksək qiymətə layiq görülüb. Belə ki, hesabatda respublikamız əvvəlki 65-ci pillədən 57-ci pilləyə yüksəlib. Azərbaycanın uğurlarını şərtləndirən əsas amil ondan ibarətdir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daim gələcək inkişafa və rifaha hesablanan düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir.

Azərbaycan dinamik inkişafının mühüm mərhələsini yaşayır

27 Dekabr 2017 14:21

Müstəqil Azərbaycan dövləti son on illikdə dünyada baş verən qlobal siyasi, iqtisadi və humanitar kataklizmlərdən alnı açıq çıxmağı bacardı. Üstəlik iqtisadi böhran yaşayan dövlətlərə yardımını əsirgəmədi.

Ağır sənaye və maşınqayırmaya dair yerli istehsal və istehlak tələbatı müzakirə edilib

27 Dekabr 2017 13:47

Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində maşın, avadanlıq və digər nəqliyyat vasitələri istehsalı üzrə tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə müvafiq işçi qrupların görüşü keçirilib. Tədbirdə işçi qruplara üzv olan iri sifarişçi dövlət müəssisələri və yerli istehsalçı müəssisələrin nümayəndələri iştirak edib.

Vüsal Qasımlı: “2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub”

27 Dekabr 2017 13:08

“2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, artıq böhran arxada qalıb və ölkə iqtisadiyyatı yeni inkişaf tsiklinə qədəm qoyub”. “Olaylar” xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı cari ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Vətəndaşların 28,3 mln manat əmanəti risk altındadır

27 Dekabr 2017 11:42

“Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir.

Azərbaycanlı alpinistlər dağda yoxa çıxdılar

27 Dekabr 2017 09:35

Gilavar Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb. Klubun yaydığı məlumata görə, alpinisttlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib. DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb.

Ağır sənaye və maşınqayırma sahəsində yerli məhsullardan istifadə genişləndiriləcək

26 Dekabr 2017 18:25

Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində maşın, avadanlıq və digər nəqliyyat vasitələri istehsalı üzrə tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə müvafiq işçi qrupların görüşü keçirilib.