İqtisadiyyat

Kiçik sahibkarların ABAD-la əməkdaşlığına dair tədbir keçirilib

26 Dekabr 2017 18:14

Dekabrın 26-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının, eləcə də 200-dək kiçik sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.

Musiqi alətlərinin hissələri və ləvazimatları idxal gömrük rüsumundan azad edilib

26 Dekabr 2017 16:51

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən musiqi alətlərin hissələri və ləvazimatları gömrük rüsumundan azad edilib. Məlumata görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Ölkədə iqtisadi artım üçün hər cür şərait var

26 Dekabr 2017 14:36

Cari ilin sonu yaxınlaşdıqca müxtəlif istiqamətlər və sahələr üzrə dəyərləndirmə, qiymətləndirmə aparılır. Bu mənada iqtisadi sahədə 2017-ci ilin necə olduğu, hansı uğurlar və ya uğursuzluqlar qeydə alındığına diqqət yetirmək zəruridir. İlin iqtisadi göstəricilərinə diqqət çəkən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, hökumətin keçən ilin əvvəlindən etibarən həyata keçirməyə başladığı tədbirlər - yəni, iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən, pul-kredit siyasətini daha da sərtləşdirməsi, həmçinin xarici iqtisadi faktorların təsirlərinin də 2016-cı ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağıyla bağlı söhbət ortaya çıxan gündən sabitləşməsi nəticəsində, 2017-ci ildə ölkədə iqtisadi artımın bərpa olunacağı haqda qabaqcadan proqnoz vermək imkanı yarandı: “Və elə ilin ilk ayından da bu, özünü doğrultdu.

Müflisləşmə zamanı hansı öhdəliklərdən yaxa qurtarmaq mümkündür?

26 Dekabr 2017 14:29

Dünya praktikasında hüquqi və ya fiziki şəxslərin özünü müflis elan etməsi praktikasına tez-tez rast gəlinir. Sözügedən praktika Azərbaycanda da müşahidə olunmaqdadır. Maraqlı məsələ ondan ibarətdir ki, müflisləşmə zamanı hüquqi və yaxud fiziki şəxslər hansı öhdəlikləri yerinə yetrirməlidirlər? Sirr deyil ki, bir çox hallarda belə addımlar vergidən yayınmaq, üzərlərinə götürdükləri vəzifələrin icrasından daşınmaq məqsədilə atıla bilir. Daha dəqiq, qarşılarına vətəndaşları aldatmaq məqsədi qoymuş hüquqi və fiziki şəxslər özlərini müflis elan etməklə fəaliyyətlərini başqa adla davam etdirilər. Son zamanlar isə Azərbaycanda bankların müflis elan edilməsi halları baş verməkdədir. Məlumat üçün qeyd edək ki, artıq ondan artıq bank rəsmi şəkildə fəaliyyətini dayandırmış elan edib. Elə isə maraqlıdır, hüquqi və fiziki şəxslər müflis elan edilməklə bütün məsuliyyəti üzərlərindən ata bilirlərmi? Başqa sözlə, borclu nə vaxt ödəmə qabiliyyəti olmayan sayıla bilər?

Nazirlər Kabinetiin son qərarı benzinin qiymətini artıracaqmı?

26 Dekabr 2017 11:39

Aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Bu isə son addımın yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb.

Rusiya da kriptovalyutanı qanuniləşdirir?

25 Dekabr 2017 16:49

Rusiya Maliyyə Nazirliyi kriptovalyutaların nizamlanması ilə bağlı qanun layihəsi hazırlayıb. Məlumata görə, bunu ölkənin maliyyə naziri Anton Siluanov deyib. Nazirin sözlərinə görə, qanun layihəsi artıq nəzərdən keçirilir.

Nazirlik xəbərdarlıq etdi: Sahibkarlara elektron qaimə-faktura təqdim edilməlidir

25 Dekabr 2017 15:27

“Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Turizm Şurasının sağlamlıq və ekoturizm üzrə işçi qrupları fəaliyyət göstərəcək

25 Dekabr 2017 15:00

Azərbaycan Turizm Şurasının növbəti iclası keçirilib. “OLAYLAR” xəbər verir ki, iclasda sağlamlıq turizmi üzrə işçi qrupu yaradıldı, ekoturizm üzrə işçi qrupuna daxil ediləcək nümayəndələr haqqında müvafiq məlumatların 20 gün ərzində Turizm Şurasının sədrinə təqdim olunması qərara alındı.

Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb

25 Dekabr 2017 14:32

Dekabrın 25-də Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb.

Ziyad Səməzadı: “ÜDM-i 35 faizə çatdırsaq, hədəflərə çata bilərik”

25 Dekabr 2017 14:22

“1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Azərbaycanın dövlət büdcəsi 2 milyarddan artıq deyildi, bu da ümum daxili məhsulun 13 faizini təşkil edirdi. İndi isə 29-30 faizini təşkil edir. Onu 35 faizə çatdırsaq-bunu etmək mümkündür-dayanıqlıq inkişafla bağlı hədəflərə çata bilərik”.

Ölkəmizin beynəlxalq nüfuzu durmadan artır

25 Dekabr 2017 14:18

Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı -Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir.

Bankların bağlanması çıxış yoludurmu?

25 Dekabr 2017 13:59

Hələ Azərbaycanda ilkin devalvavasiya qeydə alınan zaman özünü doğrultmayan bankların sıradan çıxacağı barədə proqnozlar verilmişdi. Kommersiya bankların fəaliyyətini davam etdiriə biməsi məqsədilə bir sıra stimullaşdırıcı addımların atılmasına baxmayaraq ötən müddət ərzində bir sıra banklar fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

Bütün parametrlər üzrə inkişaf ili

25 Dekabr 2017 13:57

Artıq 2017-ci ilin başa çatmasına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz ildə də bir sıra çətinliklər, məlum neft böhranından qalma problemlər qalsa da, lakin ümumilikdə cari ilin Azərbaycan üçün uğurlu olduğunu söyləmək mümkündür.  İstər siyasi və iqtisadi, istər mədəni və sosial, istərsə də humanitar sahələrdə il ərzində baş verən dəyişikliklər, qeydə alınan müsbət dinamikaya nəzər yetirdikdə belə bir nəticəyə gəlmək mümkündür. Həmçinin 2017-ci illə bağlı ortada olan statistik göstəricilər də eyni mənzərəni ortaya qoyur.

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırıldı

25 Dekabr 2017 13:53

Azərbaycan ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan mühərrik benzin növlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Məlumata görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Gəmilərin ilkin dövlət qeydiyyatı asanlaşdırıldı

24 Dekabr 2017 19:14

Azərbaycanda gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin sayı azaldılıb. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin sayı 13-dən 11-ə enib. Bundan sonra gəmilərin ilkin qeydiyyatı üçün gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti tələb olunmayacaq.