Müflisləşmə zamanı hansı öhdəliklərdən yaxa qurtarmaq mümkündür?
Dünya praktikasında hüquqi və ya fiziki şəxslərin özünü müflis elan etməsi praktikasına tez-tez rast gəlinir. Sözügedən praktika Azərbaycanda da müşahidə olunmaqdadır. Maraqlı məsələ ondan ibarətdir ki, müflisləşmə zamanı hüquqi və yaxud fiziki şəxslər hansı öhdəlikləri yerinə yetrirməlidirlər? Sirr deyil ki, bir çox hallarda belə addımlar vergidən yayınmaq, üzərlərinə götürdükləri vəzifələrin icrasından daşınmaq məqsədilə atıla bilir. Daha dəqiq, qarşılarına vətəndaşları aldatmaq məqsədi qoymuş hüquqi və fiziki şəxslər özlərini müflis elan etməklə fəaliyyətlərini başqa adla davam etdirilər. Son zamanlar isə Azərbaycanda bankların müflis elan edilməsi halları baş verməkdədir. Məlumat üçün qeyd edək ki, artıq ondan artıq bank rəsmi şəkildə fəaliyyətini dayandırmış elan edib. Elə isə maraqlıdır, hüquqi və fiziki şəxslər müflis elan edilməklə bütün məsuliyyəti üzərlərindən ata bilirlərmi? Başqa sözlə, borclu nə vaxt ödəmə qabiliyyəti olmayan sayıla bilər?
26 Dekabr 2017 14:29 İqtisadiyyatMüflis elan olunmuş vətəndaşın bütün borcları...
Dünya praktikasında hüquqi və ya fiziki şəxslərin özünü müflis elan etməsi praktikasına tez-tez rast gəlinir. Sözügedən praktika Azərbaycanda da müşahidə olunmaqdadır. Maraqlı məsələ ondan ibarətdir ki, müflisləşmə zamanı hüquqi və yaxud fiziki şəxslər hansı öhdəlikləri yerinə yetrirməlidirlər? Sirr deyil ki, bir çox hallarda belə addımlar vergidən yayınmaq, üzərlərinə götürdükləri vəzifələrin icrasından daşınmaq məqsədilə atıla bilir. Daha dəqiq, qarşılarına vətəndaşları aldatmaq məqsədi qoymuş hüquqi və fiziki şəxslər özlərini müflis elan etməklə fəaliyyətlərini başqa adla davam etdirilər. Son zamanlar isə Azərbaycanda bankların müflis elan edilməsi halları baş verməkdədir. Məlumat üçün qeyd edək ki, artıq ondan artıq bank rəsmi şəkildə fəaliyyətini dayandırmış elan edib. Elə isə maraqlıdır, hüquqi və fiziki şəxslər müflis elan edilməklə bütün məsuliyyəti üzərlərindən ata bilirlərmi? Başqa sözlə, borclu nə vaxt ödəmə qabiliyyəti olmayan sayıla bilər?
Hüquqi şəxslər necə müflis elan olunur?
Xatırladaq ki, Milli Məclis "Müflisləşmə və iflas haqqında"qanuna dəyişiklik edib. Artıq sözügedən qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil ediləcək. Qanun müstəsna olaraq Azərbaycan Mərkəzi Bankına şamil edilmir. Səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq "İnvestisiya fondları haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlar tələbləri nəzərə alınmaqla müflis elan edilir. Dəyişikliyə əsasən, qanunun 2.2-ci maddəsindən "Azərbaycan Mərkəzi Bankı" sözü çıxarılaraq, "publik hüquqi şəxslər" sözü əlavə edilib. İndi maraqlı məsələrədən biri ondan ibarətdir ki, təşkilatların iflas elan olunması prosesinə başlanması və baxılması hansı qaydada həyata keçirilir? Məlumat üçün bildiriək ki, iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası "Müflisləşmə və iflas haqqında" 13 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən iflas prosesi bütün kommersiya təşkilatlarına, o cümlədən kredit təşkilatlarına və qeyri-kommersiya təşkilatlarına (Mərkəzi Bank istisna olmaqla) qarşı başlanıla bilər. İflas prosesi vergi ödəyicisinə qarşı yalnız tam ödəmə qabiliyyəti və əmlakı olmadıqda başlanılır. İflas haqqında işin qaldırılması üçün kreditorun və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim olunması tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi həm borclu, həm də kreditor tərəfindən verilə bilər. Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə məhkəmənin iştirakı olmadan da başlanıla bilər. Müflisləşmə (iflas) haqqında işlərə borclunun yaşadığı və ya olduğu yerdə baxılır.
Qanunvericilikdə borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün şərtlər də müəyyən edilib. Belə ki, borclu ödəmə qabiliyyəti olmayan sayıldıqda iflas prosesinə başlanılır. Borclunun ödəmə qabiliyyəti olmayan sayılması ya onun özü tərəfindən təsdiq edilir, yaxud bu fakt məhkəmə və ya kreditorlar tərəfindən müəyyən edilir. Qanunun 3-cü maddəsində borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün aşağıdakı şərtlər müəyyən edilmişdir: borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirmədikdə və ya; borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirilməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir olmadıqda və ya; borclu öz borclarını vaxtı çatdıqda ödəməyə qadir olmadıqda. Yalnız bu hallarda borclu ödəmə qabiliyyəti olmayan sayıla bilər". Hüquqşünas bildirib ki, "Müflisləşmə və iflas haqqında" Qanunda iflas haqqında iddia ərizəsinin tərtib edilmə qaydası və həmin ərizədə göstərilməli olan rekvizitlər, ərizəyə əlavə edilməli olan sənədlər göstərilmişdir. Həmin tələblərə əməl edilməməsi məhkəmənin ərizəni qəbul etməkdən imtina etməsinə, onun baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər.
Vətəndaşlar özlərini müflis elan edərək borclardan yaxa qurtarara bilərlər
Bu məqamda qeyd edək ki, borcunu ödəyə bilməyən vətəndaşlar özlərini müflis elan edərək borclardan yaxa qurtarara bilərlər. Hüquqşünas Əkrəm Həsənov bildirib ki, məhkəmənin müflis elan etdiyi vətəndaşın bütün borcları silinir, onları ondan tələb etmək olmaz: "Əksər xarici ölkələrdə bu halda sadəcə vətəndaş müəyyən dövr ərzində bəzi məhdudiyyətlərə məruz qalır: bəzi fəaliyyət növləri ilə məşğul ola bilməz, hansısa vəzifələri tuta bilməz, adı müflislər siyahısında dərc olunur və s. Lakin bizim qanunvericilikdə belə məhdudiyyətlər yoxdur". Məlum olduğu kimi, Azərbaycanda hələ 1997-ci ildə "Müflisləşmə və iflas haqqında" Qanun qəbul edilib. Uzun illər həmin Qanuna görə yalnız hüquqi şəxslər və fərdi sahibkar olan fiziki şəxslər (VÖEN-i olanlar) özünü müflis elan edə bilərdi. Ancaq 2015-ci ildə həmin qanuna edilən dəyişiklikdən sonra oradakı "borclu" anlayışı borcu olan fiziki və hüquqi şəxslərə aid edilib. Beləliklə də fiziki şəxslərin də özünü müflis elan edə bilməsi reallaşıb. Ə.Həsənov qanunda konkret mexanizmlərin detallaşdırılmadığını deyib: "Lakin hər bir halda qanun fiziki şəxsin müflis ola bilməsini nəzərdə tutursa, deməli, həmin qanunun müvafiq prosedurları ona da aiddir. Yeri gəlmişkən, "Banklar haqqında" qanun da fiziki şəxsin müflis ola bilməsini nəzərdə tutur. Belə ki, həmin Qanunun 1.0.19-cu maddəsi "vətəndaş qüsursuzluğu"nu tərif edərək, o cümlədən, fiziki şəxsin "məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması"nı da ehtiva edir. Deməli, fiziki şəxs müflis ola bilər". Həmin Qanuna bu ilin aprel ayında aşağıdakı məzmunda 57-10.6-cı maddə daxil edilib: "Bankın inzibatçılarının qanuna zidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu öhdəliklərini ödəmə qabiliyyəti olmazsa məhkəmə müvəqqəti inzibatçının müraciəti əsasında "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər". Yenə də belə çıxır ki, fiziki şəxslər məhkəmə qərarı ilə müflis elan oluna bilər. Onu da xatırladaq ki, "Müflisləşmə və iflas haqqında" Qanunun 1-ci maddəsində qeyd edilir ki, müflisləşmə - borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Yəni vətəndaşın əmlakı, girovu borcunu ödəməyə kifayət etmirsə, rəsmi gəliri (məsələn, maaşı) da yoxdursa və ya gəliri özünün və himayəsində olanların aylıq yaşayış minimumunu təmin etmirsə, deməli, borclarını ödəmə qabiliyyəti yoxdur. Bəs, belə halda vətəndaş özünü necə müflis elan edə bilər? Suala aydınlıq gətirən Ə.Həsənov bunun məhkəmə qaydasında həll edildiyini bildirib: "Sadəcə vətəndaş yaşadığı yer üzrə rayon məhkəməsinə ərizə ilə müraciət etməlidir. Ərizəyə yalnız borclar üzrə sənədlər (müqavilə və s.) qoşulmalıdır. Əgər vətəndaşa kiminsə borcu varsa, həmin sənədlər də əlavə edilməlidir. "Müflisləşmə və iflas haqqında" Qanunun 5-ci maddəsinin "a" bəndi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin də qoşulmasını nəzərdə tutsa da, rüsumun məbləği qanunvericilikdə nəzərdə tutulmadığı üçün rüsum ödənilməli deyil. Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən iflas haqqında işin qaldırılması üçün borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır və həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır".
Zəka