İqtisadiyyat

Krediti olanlar, "Dəmirbank" bağlandı, sıradakılar hansılardır?

23 Dekabr 2017 09:38

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir. Bu, oxşar problemi olan digər bankları da əhatə edəcəyi bildirilir. İqtisadçı Samir Əliyev hesab edir ki, siyahı davam edəcək və bir sıra banklar da eyni aqibəti yaşayacaqlar. Digər bir ekspert Vüqar Bayramov isə hesab edir ki,  xeyli müddətdir ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi:

Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

22 Dekabr 2017 18:10

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar2a verilən məlumata görə, Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə, eləcə də iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

Əcnəbi vətəndaşların özəlləşdirmə prosesinə marağı artıb

22 Dekabr 2017 15:38

Azərbaycanda həyata keçirilən çöxşaxəli iqtisadi siyasət uğurlu nəticəsini verməkdədir. Sözügedən siyasətin tərkib hissəsi olan özəlləşdirmə siyasəti uğurla davam etməkdədir. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən özəlləşdirmənin sürətlənməsi, bu sahədə innovasiyaların və yeni yanaşmaların tətbiqi ilə bağlı bir sıra tapşırıqlar verilir.

İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edib

22 Dekabr 2017 15:31

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

"Forbes": "Azərbaycan biznes üçün 70-ci ən yaxşı ölkədir"

22 Dekabr 2017 14:24

Azərbaycan "Forbes" jurnalı tərəfindən tərtib olunan "Biznes üçün ən yaxşı ölkələr - 2018" adlı reytinqdə 70-ci yeri tutub. 2017-ci il üçün tərtib olunmuş reytinqdə Azərbaycan 64-cü yeri tutub.

Bakı-Tbilisi-Qars vasitəsilə yükdaşımalara start verildi - CƏDVƏL

22 Dekabr 2017 14:16

"ADY Express" şirkəti yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara başlayıb. Məlumata görə, artıq Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər:

Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alındı

22 Dekabr 2017 12:56

Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinə satış səlahiyyətləri verilə bilər

21 Dekabr 2017 16:34

Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinə satış səlahiyyətləri verilə bilər. Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri müavini Nurəli Yusifbəyli bildirib. "İnanıram ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinə satış səlahiyyətləri veriləcək. Bununla bağlı islahatlar gedir", - deyə o vurğulayıb.

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb

21 Dekabr 2017 16:12

Dekabrın 21-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə təşkil olunmuş İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir.

Gələn il Naxçıvanın elektrik enerjisinə olan tələbatı tamamilə alternativ enerji mənbələri hesabına ödəniləcək

21 Dekabr 2017 15:20

"Böyük su elektrik stansiyaları daxil olmaqla, alternativ və bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payı ötən ildəkindən az olmayacaq". Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri müavini Nurəli Yusifbəyli bildirib. Onun sözlərinə görə, bu il ölkədə enerji istehsalında alternativ enerjinin payı 7-8% təşkil edəcək.

Pakistanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

21 Dekabr 2017 13:43

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səid Mohmand arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan ilə Pakistan arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edəcək

21 Dekabr 2017 13:25

Dekabrın 22-də İqtisadiyyat naziri Şahin Mustafayev Beyləqan rayonunda Beyləqan, Fizuli, İmişli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Beyləqan şəhərində Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) keçiriləcək.

Ramil Usubov daha bir rəisi işdən çıxartdı - TƏYİNAT

21 Dekabr 2017 12:01

Daşkəsən rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. Daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Nazirin əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.

SOCAR və “Total” gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

21 Dekabr 2017 11:35

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzTA: Bakıda bəzi hotellər bayramqabağı qiymətlərini qaldırdılar

20 Dekabr 2017 17:13

Yeni il bayramı ilə əlaqədar Bakıda bəzi hotellər qiymətləri artırıblar. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, qiymət artımı Bakıdakı 5 ulduzlu tanınmış brend hotellərdə müşahidə edilir.