Bütün parametrlər üzrə inkişaf ili

Artıq 2017-ci ilin başa çatmasına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz ildə də bir sıra çətinliklər, məlum neft böhranından qalma problemlər qalsa da, lakin ümumilikdə cari ilin Azərbaycan üçün uğurlu olduğunu söyləmək mümkündür.  İstər siyasi və iqtisadi, istər mədəni və sosial, istərsə də humanitar sahələrdə il ərzində baş verən dəyişikliklər, qeydə alınan müsbət dinamikaya nəzər yetirdikdə belə bir nəticəyə gəlmək mümkündür. Həmçinin 2017-ci illə bağlı ortada olan statistik göstəricilər də eyni mənzərəni ortaya qoyur.

Artıq 2017-ci ilin başa çatmasına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz ildə də bir sıra çətinliklər, məlum neft böhranından qalma problemlər qalsa da, lakin ümumilikdə cari ilin Azərbaycan üçün uğurlu olduğunu söyləmək mümkündür.  İstər siyasi və iqtisadi, istər mədəni və sosial, istərsə də humanitar sahələrdə il ərzində baş verən dəyişikliklər, qeydə alınan müsbət dinamikaya nəzər yetirdikdə belə bir nəticəyə gəlmək mümkündür. Həmçinin 2017-ci illə bağlı ortada olan statistik göstəricilər də eyni mənzərəni ortaya qoyur.

2017-ci il siyasi baxımdan Azərbaycan üçün əhəmiyyətli oldu desək yanılmarıq. Bu həm daxili, həm də xarici siyasətdə özünü göstərdi. Xüsusilə xarici siyasət sahəsində bir sıra vacib nüanslara diqqət çəkmək lazımdır. Buraya Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir sıra xarici ölkələrə səfərləri, beynəlxalq təşkilat və qurumlarda keçirdiyi görüşləri daxil etmək mümkündür. İl ərzində xarici siyasət sahəsində ən yadda qalan hadisələrdən biri Azərbaycan dövlət başçısının BMT-nin toplantısında iştirakı və dünyanın bir nömrəli tribunasından çıxış edərək həm dünya birliyinı, həm də Ermənistana Qarabağ mesajı verməsi oldu. Azərbaycan Prezidenti BMT tribunasından Ermənistan və ona dəstək duran, havadarlıq edən ölkələrə xəbərdarlıq etmiş oldu ki, işğalçı ölkə bir daha Azərbaycana qarşı təxribata əl atsa onun taleyi ağır olacaq. Necə ki, 2016-cı ilin aprelində Ermənistan bunu əyani şəkildə gördü.

İl ərzində dövlət başçısı Rusiya, Türkiyə, İran, Avropa ölkələrində rəsmi və işgüzar səfərlərdə oldu ki, bu səfərlər də Azərbaycanın bu və ya digər ölkələrlə ikitərəfli münasibətlərinin inkişaf etdirilməsinə öz töhfəsini verdi. Xarici siyasət sahəsində ən yadda qalan hadisələrdən biri də Azərbaycan Prezidentinin Brüsseldə NATO-nun mənzil rərargahında, eləcə də Şərq Tərəfdaşlığı Sammitində, həmçinin İstanbulda İslam Əmıkdaşlıq Təşkilatına üzv ölkələrin növbədənkənar zirvə görüşündə iştirakı oldu.

Daxili siyasət sahəsinə nəzər yetirdikdə hakim Yeni Azərbaycan Partiyası və onun rəhbərlik etdiyi hökumətin il ərzində əldə etdiyi nailiyyətlərə diqqət çəkə bilərik. Elə hakim partiyanın yaranmasının 25 illiyi ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı Cənab prezident İlham Əliyev də bu faktı qeyd edərək bildirdi ki, ölkənin bir nömrəli partiyasına çevrilən Yeni Azərbaycan Partiyası getdikcə güclənir, sıraları genişlənir və yeni-yeni uğurlara imza atır.

Daxili siyasət sahəsində il ərzində Azərbaycanın əldə etmiş olduğu mühüm nailiyyətlərdən biri, bəlkə də birincisi uzun illərdən bəri hökm sürən siyasi sabitliyin qorunub saxlanılması oldu. Düzdür, il ərzində ölkədə sabitliyi pozmağa, Azərbaycanda xaos, anarxiya yaratmağa cəhdlər edildi. Ancaq hər zaman olduğu kimi bu il də Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gələ, xaos, anarxiya yaratmaq cəhdlərini zərərsizləşdirə bildi.

İqtisadiyyatın uğurlu inkişafı

2017-ci il ölkə iqtisadiyyatı üçün də uğurlu oldu desək yanılmarıq. Düzdür, dünya iqtisadiyyatında bir sıra xoşagəlməz olaylar, təlatümlər müşahidə edilsə də, lakin Azərbaycan bütün bunlardan özünü sığortalaya bildi. Və nəticə etibarilə öz uğurlu iqtisadi inkişafını davam etdirdi. Bəs başa vurmaqda olduğumuz 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün hansı müsbət məqamları, nailiyyətləri ilə yadda qaldı?

2017-ci ilin iqtisadi uğurları sırasında Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanmasını xüsusi qeyd etmək lazımdır.  Yeni bir tarixi anlaşma, müqavilə kimi xarakterizə edilənAzəri-Çıraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanması  "Əsrin Müqaviləsi"nin 2050-ci ilə kimi uzadılması demək idi. İmzalanan saziş əsasında Azərbaycanın payının yeni müqavilədə 11 faizdən 25 faizə kimi artırılması, mənfəət neftində Azərbaycanın payının 75 faiz olması, Azərbaycan şirkətinin də müqaviləyə cəlb olunması, müqavilə çərçivəsində 40 milyard dollara yaxın xarici investisiyanın cəlb olunması mühüm hadisə idi.
2017-ci ilin digər bir əlamətdar hadisəi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi oldu. Bu layihənin istifadəyə verilməsi bir daha onu sübuta yetirdi ki, Azərbaycan regionda xüsusi gücə və nüfuza malik bir ölkədir və onun iştirak etdiyi, təşəbbüs göstərdiyi layihələr təkcə yerləşdiyimiz coğrafiya deyil, eləcə də dünya iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də bunlardan biridir. Sözügedən layihə nəinki Azərbaycan, bütövlükdə regionun iqtisadi tarixində mühüm yer tutdu. Layihə çərçivəsində yüklərin və sərnişinlərin daşınması ölkələrə transiztdən xeyli gəlir götürməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan ixrcatçılarına öz məhsullarının şərq və qərb bazarlarına birbaşa və ucuz nəql etməyə imkan yaratmışdır.
2017-ci ildə Cənun Qaz Dəhlizi layihəsi üzrə işlər sürətlə davam etdi. Layihəyə 2.4 milyard dollar investisiya cəlb edildi, Azərbaycan ərazisi üzrə və Türkiyə ərazisi üzrə (TANAP) işlərin xeyli hissəsi artıq yekunlaşıb. Şimal-Cənub dəmir yolu layihəsinin Azərbaycan ərazisindəki bütün işləri də yekunlaşıb.

Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilat və qurumların tərtib etdiyi hesabatlarda də xüsusi vurğulandı və təqdir edildi. Bu baxımdan 2017-ci ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Rəqabətqabiliyyətlilik indeksini xüsusi qeyd etmək lazımdır. Həmin hesabatda Azərbaycan daha 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşdı

Qeyd etdiyimiz kimi 2017-ci ilin statistik göstəriciləri də başa vurduğumuz ilin iqtisadi baxımdan səmərəli olduğundan xəbər verir.

2017-ci ildə ölkədə makro iqtisadi sabitlik təmin edilib, manatın məzənnəsi sabit qalıb və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qaldırılıb. Cari ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5 faiz artıb. İxracın həcmində isə 50 faiz artım qeydə alınıb. Xarici ticarət dövriyyəsində ixracın payı 61 faizə çatmış, ixrac idxalı 4.7 milyard dollar üstələyib. 
İl ərzində ölkədə qeyri-neft sektorunun inkişafı etdirilməsi istiqamətində də ciddi və nəticə verən addımlar atılıb. Məhz bu sahədə həyata keçirilən uğurlu islahatlar və atılan məqsədyönlü addımlar nəticəsində qeyri-neft sektoru 2.4 faiz, geyri-neft sənayesi 3.5 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 4 faiz artıb. 2017-ci il ərzində artırılan dövlət büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 16.766 milyard və 17.941 milyard manat olub, büdcənin icrası proqnozlara uyğun olub. 
Sənayeləşmə proqramı çərçivəsində Nefçala Sənaye Məhəlləsi yaradılıb və yeni sənaye məhəllələrini yaradılması istiqamətində işlərə start verilib. Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin sayı 15-ə, cəlb edilcək investisiyaların həcmi 2.7 milyard dollara, parkda çalışan insanların sayı isə 8 000-ə çatıb. Sənaye parkında ölkədə ilk dəfə olaraq Blokçeyn texnologiyaları əsasında müasir Data Mərkəz tikilib.

Sosial layihələrin icrasına davam

2017-ci ildə ölkədə turizm inkişaf etdirilməsi istiqamətində də ciddi addımlar atılıb. Bu sırada dövlət başçısının imzaladığı müvafiq sənəd əsasında Turizm Şurasının yaradılmasını göstərmək olar. Beləliklə, turizmin inkişafı yönümündə atılan innovativ addımlar 2017-ci ildə öz nəticəsini verib. Nəticə etibarilə Azərbaycana gələn turistlərin sayı 25 faiz artaraq, 2.5 milyon nəfərə çatıb.

2017-ci il ölkədə yeni iş yerlərinin açılması baxımından da yadda qalan olub. Məlum neft və maliyyə böhranından sonra bir sıra inkişaf etmiş ölkələrdə iş yerləri bağlansa, yaxud onların sayı azalsa da, Azərbaycanda bunun əksi başı verib və yeni istehsal və emal müəssisələri hesabına yeni iş yerləri yaradılıb.  Əgər statistik göstəricilərə nəzər salsaq aydın şıkildə görərik ki, cari ilin 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yerləri yaradılıb. Bununla bərabər özünüməşğulluq proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 2000-ə yaxın ailə təsərrüfatı yaradılıb. 2016-cı ildə 22 faiz azalan inşaat sektorunun canlandırılması üçün 2017-ci ildə mühüm işlər görülüb. Köhnə mənzillərin sökülərək onların yerində yeni binaların tikilməsi yönümündə sahibkarlar verilən dövlət dəstəyi nəticəsində Bakıda hazırda 100-ə yaxın yeni bina tikilməkdədir. Bu layihələr həm inşaat sektorunu canlandırıb, həm də yeni iş yerlərinin açılmasını təmin edib. 
Sosial sahədə də mühüm layihələr kimi 2017-ci ildə Azərbaycanın 1-ci Vise-Prezdenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış bınasının inşasına başlanılıb. 2017-ci ildə Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilib, 50 yaşayış evi, məktəb istifadəyə verilib.

İqtisadi islahatlar ili

Ümumiyyətlə, 2017-ci il dövlət başçısı tərəfindən iqtisadi islahatlar ili elan edilib. İslahatlar həm idarəetmə sahələrin əhatə etmiş və bu ildə effektiv idraetmə mexanizmlərini daha da təkmilləşdirilməsi yönümündə mühüm qərarlar verilib. Kiçik və orta sahibkarların maliyyə əlçatanlığının təmin olunması üçün Kredit Zəmanəti Fondu yaradılıb. Dövlət mülkiyyətində olan müəssisələrin daha effektiv idarə olunması məqsədilə Azərbaycan Sənaye Korporasiyası yaradılıb.  Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında yeniliklərinin tətbiqi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. 
2018-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq İşsizlikdə Sığorta Fondu da bu sahədə atılan uğurlu adddımlardandır. Fondun əsas fəaliyyəti qanunda müəyyən olunmuş səbəbdən işini itirmiş vətəndaşlara müəyyən müddət ərzində sığorta-maaşın verilməsi və paralel olaraq özünüməşğulluq çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması olacaq.
Nazirlər Kabineti strukturunda edilən dəyişiklər isə mərkəzi icra orqanlarının fəaliyyətlərində koordinasiyanın daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.
Cari ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 mlrd dollar profisit yaranıb. 2015-ci ildə defisit 222.5 mln dollar, 2016-ci ildə isə 1.363 mlrd dollar təşkil edib. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 mln dollar və ya 5 faiz azalıb.

Göründüyü kimi başa vurmaqda olduğumuz 2017-ci ildə Azərbaycanda bütün parametrləri üzrə inkişaf qeydə alınıb. İstər siyasi, istər iqtisadi, istərsə də sosial və digər sahələrdə il ərzində əldə edilən uğurlar, nailiyyətlər onu deməyə əsas verir ki, qarşıdan gələn 2018-ci il də ölkəmiz üçün bütün sahələrdə uğurlu olacaq. Artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 4 faizə qədər artacağını proqnozlaşdırırlar. 2018-ci dövlət büdcəsinin həcminin 3.3 milyard manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaradıb. Gələn il Azərbaycan qazının Türkiyəyə nəqli planlaşdırılır. Eləcə də kənd təsərrüfatı sahəsində aparılan islahatlar 2018-ci ildə istehsal və ixracda mühüm irəliləyişlərin əldə olunmasına imkan yaradıb. Beləliklə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qaldı.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31