Maliyyə naziri: "Bu ilin yekununda Azərbaycanda 0,2% iqtisadi geriləmə gözləyirik"
"Azərbaycan iqtisadiyyatında ötən ildən geriləmə olsa da, bu il onun sürəti xeyli azaldılıb. Sözügedən göstərici ötən ilki 3,9%-dən bu il 0,2%-ə endirilib və bu ilin yekununda Azərbaycanda təxminn bu qədər iqtisadi geriləmə gözləyirik".“Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
28 Dekabr 2017 11:31 İqtisadiyyat"Azərbaycan iqtisadiyyatında ötən ildən geriləmə olsa da, bu il onun sürəti xeyli azaldılıb. Sözügedən göstərici ötən ilki 3,9%-dən bu il 0,2%-ə endirilib və bu ilin yekununda Azərbaycanda təxminn bu qədər iqtisadi geriləmə gözləyirik"."Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bu, 2018-ci ildə iqtisadi artıma nail olmağa imkan verir: "İqtisadi geriləmənin qarşısının alınması istiqamətində görülmüş işləri beynəlxalq maliyyə qurumları, o cümlədən bu ay Bakıda missiyası səfərdə olmuş Beynəlxalq Valyuta Fondu da yüksək qiymətləndirir. Fond makro-iqtisadi sabitliyin bərqərar olunmasına, idxalın azaldılmasına, yerli istehsalın inkişafının stimullaşdırılmasına böyük önəm verir. Çünki bu, Azərbaycanın valytua mövqeyinə də müsbət təsir göstərir, ölkənin valyuta ehtiyatlarının artmasına imkan yaradır". Nazir vurğulayıb ki, bu ilin əvvəlindən Azərbaycanın xarici ticarət saldosu müsbətə doğru dəyişib və təxminən 5 milyard dollarlıq göstərici əldə olunub: "Doğrudur, burada neftin qiymətinin artmasının da rolu var, amma hər halda idxalın əvəzləşdirilməsi və ixracın sürətlənməsi nəticə verməkdədir. Ölkəyə daha çox valyuta daxil olub. Bu, Azərbaycanın tədiyyə balansına da müsbət təsir edib".