Regionların sosial-iqtisadi inkişafı ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır
Müasir qlobal iqtisadi şəraitdə bir-birindən iqtisdi asılılığı olan ölkələrin dayanıqlı inkişafı prioritet məsələlərdən hesab olunur. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsini labüd edir. Özünün iqtisadi müstəqilliyinin təmin edilməsini hədəf seçən Azərbaycan təbii ki, iqtisadi islahatların davam etdirilməsini qarşıya məqsəd kimi qoyub. Bunun üçün ilk növbədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi gərəkdir ki, ölkəmiz bu istiqamətdə çox ciddi addımlar atıb.
8 Yanvar 2018 15:28 İqtisadiyyatMüasir qlobal iqtisadi şəraitdə bir-birindən iqtisdi asılılığı olan ölkələrin dayanıqlı inkişafı prioritet məsələlərdən hesab olunur. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsini labüd edir. Özünün iqtisadi müstəqilliyinin təmin edilməsini hədəf seçən Azərbaycan təbii ki, iqtisadi islahatların davam etdirilməsini qarşıya məqsəd kimi qoyub. Bunun üçün ilk növbədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi gərəkdir ki, ölkəmiz bu istiqamətdə çox ciddi addımlar atıb. Təbii ki, qeyri-neft sektorunun inkişafı bir sıra digər parametrlərdən asılıdır ki, Azərbaycan iqtisadi dayanıqlığını təmin etmək üçün həmin məqamları nəzərə alıb. Məlumat üçün qeyd edək ki, Azərbaycanın iqtisadi potensialı, coğrafi mövqeyi və iqlim şəraiti iqtisadiyyatın dinamik inkişafı üçün əlverişlidir. Məhz bi amilləri nəzərə alan Azərbaycan hökuməti ilk növbədə qarşıya regionların sosial-iqtisadi inkişafı çərçivəsində iqtisadiyyatın dayanaqlığının təmin edilməsi məsələsini qoyub. Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin son on ildə yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri hesab olunur. Təsadüfi deyil ki, ölkədə regionların sosial-iqtisadi inkişafına dair bur neçə Dövlət proqramı qəbul edilərərk icrası təmin edilib. Çoxşaxəli iqtisadi inkişaf siyasətinin yürüdülməsi bir sıra sahələrdə ciddi uğurların əldə edilməsilə nəticələnib. Artıq qətiyyətlə qeyd edəmək olar ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət regionların da simasını tamamilə dəyişdirib. Regionlarda yaradılan yeni istehsal və emal müəssisələri əhalinin məşğulluq probleminin həllinin həllinə ciddi təsir edib, tibb, təhsil, iaşə müəssələrinin sayının artması isə sosial-rifah halının yüksəlməsinə səbəb olub. Kənd təsərrüfatının inkişafı isə əhalinin ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödənilməsini təmin edib. Artıq qətiyyətlə demək olar ki, Azrbaycanda ərzaq təhlükəsizliyi problemi tamamilə aradan qaldırılıb. Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, yeni iş yerləri yaratmaq istiqamətini özündə etdirən dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ümumdaxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə, 900 min daimi olmaqla, 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasında əhalinin ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına maksimum səviyyədə ödəmək və ixrac potensialını artırmaq məqsədilə ölkədə bitkiçilik məhsulları istehsalçıları tərəfindən 2017-ci ilin məhsulu üçün mühüm tədbirlər həyata keçirilib. Dövlət Statistika Komitəsinin əkinlərin qəti uçotu haqqında məlumatına əsasən 2017-ci ilin məhsulu üçün 1665,7 min hektar sahə əkin altında istifadə edilmişdir ki, bu da 1793,8 min hektar əkin yerinin 92,9 faizinə bərabərdir. Əkin altında istifadə edilməyən 128,1 min ha əkinlərin növbələşdirilməsinə uyğun olaraq dincə qoyulan və ya herik kimi becərilən sahələrdir. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğu nəzərə alınaraq, taxılçılıqda texnoloji proseslərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılmasına, istehsalçıların texnika, gübrə, bitki mühafizə vasitələri ilə təminatına diqqət daha da artırılıb. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsinin maksimum dərəcədə yaxşılaşdırılması proqnozlaşdırılır. Mülkiyyətçilər tərəfindən 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün taxıl bitkilərinin əkinində əsasən respublikanın bölgələrinin torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış, məhsuldar yerli sortların toxumlarından istifadə edilmişdir ki, həmin sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətlərinə malikdirlər.Taxılçılıqla bağlı ortaya çıxan problemlərin dərhal aradan qaldırılması məqsədi ilə hər bir taxılçılıq rayonunda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən ibarət operativ qərargah yaradılıb. Növbəti, 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpininin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı payızlıq taxıl əkilməsi nəzərdə tutulan, eləcə də herik üçün dincə qoyulmuş sahələrdə şumlama və səpinin optimal müddətdə başa çatdırılması üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə səlahiyyətləri daxilində tədbirlər görülüb. Azərbaycanda 150 min ton bərk buğda məhsullarına illik tələbat olduğunu nəzərə alaraq müvafiq qurumlar tərəfindən yeni məhsuldar və keyfiyyətli bərk buğda sortlarının ilkin toxumçuluğunun planı hazırlanaraq 2018-ci ilin məhsulunun səpini aparılıb.
Göründüyü kimi regionların sosial-iqtisadi inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmaninatında müstəsna rol oynayır. Elə bu səbədən də ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı diqqədə saxlanılır. Kənd Təsərrüfatı Nazirliyinən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 12.09.2017-ci il tarixli 3227 nömrəli "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı, əhalinin bu məhsullara tələbatının ödənilməsi, habelə ixrac imkanlarının genişləndirilməsi, kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən "Azərbaycan Respublikasında çəltik istehsalının inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı" və "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın layihəsi hazırlanıb. Dövlət proqramlarının layihələrində əkin sahələrinin və məhsuldarlığın artırılması, toxumçuluq və tingçilik təsərrüfatlarının inkişafı, informasiya-məsləhət xidmətlərinin, kadr potensialının gücləndirilməsi, zəruri infrastruktur və maliyyə resursları ilə təminat səviyyəsinin daha da yüksəldilməsi və suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası nəzərdə tutulub. Lakin etiraf edilməlidir ki, indiyə qədər regionlarda görülən işlərlə kifayətlənmək düzgün olmazdı. Ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə hələ görülcık işlər çoxdur. İnsanlarda əminlik yaradan ondan ibarətdir ki, bu məsədlə daim dövlətin və ölkə prezidenti İlham Əliyevin diqqət mərkəzindədir: "Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bu rəqəmlər həm görülən işləri əks etdirir, həm də onların görüləcək işlərlə bağlı əhəmiyyəti var. Beləliklə, bizim əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsini göstərən bəzi rəqəmlər aşağıdakı kimidir: mal əti - özümüzü 94 faiz təmin edirik, 5 faiz xarici komponent mövcuddur. Qoyun əti - 99 faiz və cəmi 2 faiz xarici komponent. Süd və süd məhsulları - özümüzü 88 faiz təmin edirik, bunun tərkibində 10 faiz idxal xammal vardır. Əmtəəlik yumurta - 99 faiz. Burada isə xarici komponent 65 faizdir, bunlar dənlik qarğıdalı, soya, günəbaxan və dərmandır. Bax, bu sahəyə həm dövlət qurumları, həm özəl sektor fikir verməlidir ki, burada xarici komponenti azaltmaq üçün hansı işlər görülməlidir.
Bitki yağları - özümüzü 48 faiz təmin edirik. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Yəni, əslində, bitki yağları və marqarinin istehsalı sadəcə olaraq iş yerlərinin yaradılmasına xidmət edir. Bunun faydası bundadır. Əgər bunun tərkibində 80 faiz xarici komponent varsa, bunu yerli məhsul adlandırmaq mümkün deyil. Ona görə çalışmalıyıq və o cümlədən biznes qurumları çalışmalıdırlar ki, həm bitki yağlarının istehsalının həcmi artsın, eyni zamanda, bu, daxili xammal əsasında istehsal edilsin.
Kərə yağı - 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə nəzərə alsaq ki, bizdə bazarın həcmi və əhali artır indi istənilən tara və qablaşdırma Azərbaycanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda, sahibkarlar özləri də nəzərə alsınlar. Buğda - özümüzü 53 faiz təmin edirik, 20 faiz xarici komponentdir. Bu, azdır. Əminəm ki, yeni iri fermer təsərrüfatlarının fəaliyyəti nəticəsində biz özümüzü buğda ilə daha da böyük səviyyədə təmin edə bilərik. Arpa - 102 faiz, qarğıdalı - 71 faiz, soya - cəmi 4 faiz. Özümüzü meyvə və giləmeyvə ilə 122 faiz təmin edirik. Ancaq burada siyahı var, yəqin ki, konfransın ikinci hissəsində bu məsələ daha da detallı müzakirə ediləcək. Mən bütün bu meyvə növlərini sadalamaq istəmirəm. Lakin elə növlər var ki, biz özümüzü təmin edə bilmirik. Bu da təəssüf doğurur. Ancaq bütövlükdə meyvə, giləmeyvə bizim vacib ixrac məhsulumuzdur.Bütün növ tərəvəz - burada da ümumi rəqəm 96 faizdir. Hesab edirəm ki, bu, azdır. Ancaq, misal üçün, kartof 86 faiz, bir qədər aşağı düşüb, pomidor 120 faiz, xiyar 105 faiz. Çay - özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var. Bir tərəfdən əlbəttə, bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik".