Həyata keçirilən iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir
“Azərbaycanda yeni mərhələdə həyata keçirilən iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib.
9 Yanvar 2018 12:26 İqtisadiyyat"Azərbaycanda yeni mərhələdə həyata keçirilən iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib. O, bildirib ki, inkişafın yeni mərhələsi qeyri-neft sektorunun hesabına reallaşdırılır: "Bu baxımdan qeyri-neft sənayesi ilə yanaşı aqrar sahə də vacib istiqamətdir. Aqrar sahə qeyri-neft sektorunda xüsusi çəkiyə və əhəmiyyətə malikdir. Çünki bu sahə ölkəmizin ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır. Son illər dünyada baş verən siyasi və iqtisadi proseslər göstərir ki, ərzaq təhlükəsizliyinin təminatı strateji xarakter daşıyır. Aqrar sektorda məhsul ixracının imkanları genişdir. Neftin qiymətinin dünyada xeyli aşağı düşdüyü bir zamanda bu məsələ çox aktualdır. Enyi zamanda, əhalinin böyük hissəsi regionlarda yaşayır və bölgələrin sakinlərinin çox hissəsi də kənd təsərrüfatı ilə məşğul olurlar. Buna görə də, aqrar sektorun inkişafı həmçinin, insanların məşğulluğunun artmasına əhəmiyyətli təsir göstərir. Bu amil həmçinin bilavasitə insanların sosial vəziyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək".