İqtisadiyyat

Şüşə qabların olmaması şərab istehsalını azaldır

29 Yanvar 2018 14:37

"Bu gün Azərbaycan şərabçıları istehsal etdikləri şərabları sata bilmirlər". “Olaylar”in məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nağd hesablaşmaları niyə məhdudlaşdıra bilmirik?

29 Yanvar 2018 13:43

Məlum olduğu kimi ölkədə nağd hesablaşmaların məhdudlaşdırılması məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, bu məqsədlə Vergi Məcəlləsinə əlavə edilən dəyişikliklər və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ötən ildən qüvvədədir. Lakin buna baxmayaraq hələ də bir sıra ticarət mərkəzlərində qanunvericiliyin pozulması halları müşahidə olunmaqdadır. Hüquqşünas Alim Hüseynli bildirib ki, bu sahədə müşahidə olunan nöqsanlar əsasən hüquqi və fiziki şəxslərin, eləcə də istehlakçıların nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı hüquqi biliklərinin kifayət qədər olmaması ilə əlaqədardır.

Azərbaycanda fəaliyyət göstərən audit şirkəti işğal olunmuş ərazilərimizdəki "Artsakhbank"ın da auditorudur?

29 Yanvar 2018 13:41

Son vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən və ya orada qeyri-qanuni fəaliyyətlə məşğul olan xarici şirkətlərin, fiziki və hüquqi şəxslərin sayı artır. Hətta iş o yerə çatıb ki, işğal altında olan ərazilərimizdə iş quran bəzi xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərən bəzi cəmiyyət və şirkətlərlə də bu və ya digər dərəcədə əməkdaşlığı mövcuddur. İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, belə şirkətlərdən biri də Azərbaycanda faəliyyət göstərən KPMG audit şirkətidir. Onun sözlərinə görə, hansı ki həmin audit şirkəti olan KPMG işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən "Artsakhbank"ın da auditorudur. Əkrəm Həsənov məsələ ilə bağlı bir müddət əvvəl Vergilər Nazirliyinə müraciət etdiyini də deyib. Lakin istənilən cavabı almayıb: “Xəbər verdiyim kimi, KPMG audit şirkətinin ölkəmizdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması haqda Vergilər Nazirliyinə müraciət etmişdim.  Sabiq nazirin dövründə mənə cavab verilmədiyi üçün digər problemlərlə bağlı yeni nazirə müraciət edərkən sözügedən məsələni də xatırlatdım. Aldığım cavabda qeyd olunur ki, guya ilk müraciətimə də cavab veriblər. Amma mən onu almamışam. Nə isə, əsas bu deyil. Əsas məsələnin mahiyyətidir.

Azərbaycanın ərzaq təhlükəsizliyi problemi yoxdur

29 Yanvar 2018 13:32

Ərzaq problemi insanın yarandığı gündən mövcud olmuş və insanın inkişafı ilə öz xüsusiyyət və miqyaslarını dəyişmişdir. Artıq XX əsrin ikinci yarısından başlayaraq ümumbəşəri problemə çevrilmişdir. Ərzaq məhsulları lazımi həcmdə istehsal olunmadıqda bu cəmiyyətdə o, nəzərə çarpan bir fakta-ərzaq çatışmamazlığına, bu isə öz növbəsində ciddi sosial–siyasi problemə çevrilir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir

29 Yanvar 2018 11:32

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Mikayıl Cabbarov vergi yoxlamalarını dayandırdı- 1 YANVAR 2021-Cİ İL TARİXİNƏDƏK

29 Yanvar 2018 11:29

Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb. Bu barədə hökumətdəki mənbədən məlumat daxil olub.

Maliyyə Nazirliyindən yoxlama: Mənimsəmə aşkarlandı -  Siyahı

27 Yanvar 2018 19:13

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatı açıqlayıb.  Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb.

Metroda bunu etmək QADAĞANDIR!

27 Yanvar 2018 19:11

Avtobuslarda, dayanacaqlarda dilənçilik edən insanları görməyə öyrəşsək də, metroda bu kimi hallarla rastlaşmağa alışmamışıq. Lakin son günlərdə, metro stansiyaların ətrafında, bəzən də qatarlarda insanların dilənçilik etdiyinin şahidi oluruq. Onların arasında xüsusilə azyaşlı uşaqlar diqqət çəkir. Bəs görəsən qanunla metropolitendə bu kimi hallara yol verilirmi?

ABB-də 14,5 il ərzində kreditlərin verilməsi və qaytarılması ilə bağlı nöqsanlar aşkarlanıb

26 Yanvar 2018 17:17

2017-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı nəzarət tədbiri aparıb.

Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyası ilə memorandum imzalanıb

26 Yanvar 2018 16:17

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının Baş katibi Abdülrahim Naqi ilə Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar. “OLAYLAR”-a ASK-dən bildirilib ki, müqavilənin imzalanmasında əsas məqsəd Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının üvlərinə və azərbaycanlı sahibkarlara ticarət və investisiyanın təşviqi üçün geniş imkanları tanımaq, müvafiq biznes icmaları arasında qarşılıqlı faydalı ticarət və iqtisadi əlaqələrini inkişaf etdirmək, ticarət və sənaye əlaqələrinin qurulması istiqamətində birgə əməkdaşlıq etməkdir.

Əcnəbi dənizçilər Azərbaycanda təlim keçəcək

26 Yanvar 2018 16:16

Dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları sahəsində fəaliyyət göstərən “Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, görüşdə qonaqlara  “AXDG” QSC-nin fəaliyyətini əks etdirən təqdimat nümayiş edilib.

Dünyanın aparıcı dövlətləri və şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

26 Yanvar 2018 16:05

“Davos Forumu kimit anınan Dünya İqtisadi Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktoru Azərbaycana gələcək

26 Yanvar 2018 16:04

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki,  səfir bu günlərdə Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktorunun ölkəmizə səfərinin baş tutacağı haqqında Gəmiçiliyin rəhbərliyinə məlumat verib. Doplomat təmsil etdiyi təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən qonaq eyni zamanda Gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.

İqtisadiyyat naziri Ucarda vətəndaşları qəbul edib

26 Yanvar 2018 15:47

Yanvarın 26-da İqtisadiyyat naziri Şahin Mustafayev Ucarda Zərdab, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.”Olaylar” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları dayanıqlı inkişafı üçün iqtisadi alətə çevrilib

26 Yanvar 2018 15:41

Dünya ölkələrində maliyyə böhranı hökm sürdüyü məqamda Azərbaycanda çoxsaylı sosial layihələr həyata keçirilməkdədir. Müsbət haldır ki, on illər bundan əvvəl start verilən layihələr ölkənin bütün bölgələrini əhatə edib.