İqtisadiyyat
Nazirlik: Strateji Yol Xəritəsi üzrə 8 tədbirin icrası tamamlanıb
Energetika Nazirliyi 2017-ci ildə kommunal xidmətlərə dair Strateji Yol Xəritəsi üzrə 8 tədbirin icrasını tamamlayıb. “Olaylar” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.Bildirilir ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Energetika Nazirliyi 20 tədbir üzrə əsas icraçı, 23 tədbir üzrə isə digər icraçı kimi göstərilib. Nazirliyin əsas icraçı olduğu 20 tədbirdən 8 tədbirin icrası 2017-ci ildə tamamlanıb, 7 tədbirin icrası 2017-2018-ci illərdə, 5 tədbirin icrasının isə 2017-2020-ci illərdə tamamlanması nəzərdə tutulub.
Qida məhsulları ixrac edən sahibkarlarla görüş keçirilib
Yanvarın 31-də Bakıda "Təhlükəsiz qida ilə ixraca dəstək" devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. İqtisadiyyat Nazirliyindən verilən mlumata görə, tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycanda istehsal olunan məhsulların bəzən standartı və keyfiyyəti digər ölkələrin standartlarına uyğun olmadığı üçün idxalı məhdudlaşdırılır.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var
Azərbaycanda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev arasında görüş keçirilib. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, görüşdə “AXDG” QSC-nin sədri Rauf Vəliyev ölkəmizdə reallaşdırılan nəqliyyat-logistika layihələri, o cümlədən Gəmiçiliyin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.
Aİ rəsmisi: "Bakı-Tbilisi-Qars dəmiryolu vacib xətdir"
"Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiya arasında malların daşınması baxımından vacib xətdir". Məlumata görə, bunuAvropa İttifaqının (Aİ) Nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey deyib.
"Moody's" Azərbaycanda yumşaq iqtisadi artım proqnozlaşdırır
Azərbaycanın fiskal imkanları, dövlət borcu və ona xidmətlə bağlı faiz ödənişlərinin artması fonunda məhdudlaşıb. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə bu gün açıqladığı 2018-ci il icmalında bildirilir.
Büdcədən maliyyələşən bəzi müəssisələr qazdan istifadə qaydalarını pozub
2017-cı il ərzində Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən 3 559 sayda fərdi yaşayış evinin və 3 065 sayda idarə və müəssisənin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb və 714 sayda idarə və müəssisəyə, həmçinin əhali istehlakçılarına aid qazlaşma layihələrinə əsasən görülmüş işlərin istismara qəbulu həyata keçirilib. Məlumata görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.
Ötən il elektrik şəbəkələrinə qanunsuz qoşulan 27 obyektin fəaliyyəti dayandırılıb
2017-ci il ərzində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən dövlət elektroenergetika və enerji təchizatı müəssisələrində, elektrik enerjisi istehlakçılarında 634 texniki, 84 təkrar, 8 kompleks araşdırma və digər araşdırma aparılıb. Məlumata görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.
Daha bir gəmi-bərəsi istismara qaytarılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Balakən” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən də uğurla çıxıb.
Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib
"Azərbaycan Dəmir Yolları” QSC-də Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə ilə görüş keçirilib. “OLAYLAR” -a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. C. Qurbanov bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsində ölkənin nəqliyyat qurumlarının, o cümlədən dəmir yolu nəqliyyatının üzərinə böyük missiya düşür.
Dövlət Proqramları uğurla icra edilib
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş və məzmunlu şəkildə çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir.
Prezident İlham Əliyev Qusarda qış-yay turizm kompleksinin inkişaf planları ilə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub. Məlumata görə, baş nazirin birinci müavini Yaqub Eyyubovprezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib.
Forumun hesabatları qlobal miqyasda yüksək reytinqə malikdir
“Dünya İqtisadi Forumu bütün ölkələr üzrə dəyərləndirmələrini vahid metodologiya üzrə həyata keçirir”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında əhalinin kommunal problemlərinin həlli başlıca prioritetlərdəndir
2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının əsas hədəf istiqamətlərində yer alan məsələlərdən biri də yerlərdə infrastrukturun yaradılması, əhalinin kommunal problemlərinin həll edilməsi idi. Əhalinin kommunal problemlərinin həll edilməsi istiqamətində regionların içməli su təchizatının müasir standartlara uyğun qurulması, əhalinin təbii qazla təminatı və vətəndaşların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına məhz Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilirdi. Ümumiyyətlə, əhalinin kommunla problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olan məsələlərdən biri olub. Bu məsələ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası zamanı da diqqətdən kənarda qalmayıb. Kommunal problemlər sırasında yer alan hər bir istiqamət kimi əhalinin təbii qazla təminatı məsələsinə də istər 2004-2008, istər 2008-2012, istərsə də 2014-2018-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilib və bu istiqamətdə məqsədyönlü addımlar atılıb.
Dövlət Proqramlarının hədəf və vəzifələri Azərbaycanın hərtərəfli inkişafına hesablanıb
Müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafında 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi əhəmiyyəti və önəmi var. Məhz sözügedən Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsindədir. Eyni zamanda bu inkişaf tendensiyası günümüzdə bir sıra ölkələr tərəfindən öyrənilir, tədqiq olunur.
DGK sədri: “Rusiyaya pomidor ixracında problem yaşanmamalıdır ”
“2018-ci ildə Azərbaycan pomidorlarının Rusiyaya ixracı üzrə problem olmamalıdır”. “Olaylar”ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.













