Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında əhalinin kommunal problemlərinin həlli başlıca prioritetlərdəndir
2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının əsas hədəf istiqamətlərində yer alan məsələlərdən biri də yerlərdə infrastrukturun yaradılması, əhalinin kommunal problemlərinin həll edilməsi idi. Əhalinin kommunal problemlərinin həll edilməsi istiqamətində regionların içməli su təchizatının müasir standartlara uyğun qurulması, əhalinin təbii qazla təminatı və vətəndaşların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına məhz Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilirdi. Ümumiyyətlə, əhalinin kommunla problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olan məsələlərdən biri olub. Bu məsələ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası zamanı da diqqətdən kənarda qalmayıb. Kommunal problemlər sırasında yer alan hər bir istiqamət kimi əhalinin təbii qazla təminatı məsələsinə də istər 2004-2008, istər 2008-2012, istərsə də 2014-2018-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilib və bu istiqamətdə məqsədyönlü addımlar atılıb.
29 Yanvar 2018 15:20 İqtisadiyyat2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının əsas hədəf istiqamətlərində yer alan məsələlərdən biri də yerlərdə infrastrukturun yaradılması, əhalinin kommunal problemlərinin həll edilməsi idi. Əhalinin kommunal problemlərinin həll edilməsi istiqamətində regionların içməli su təchizatının müasir standartlara uyğun qurulması, əhalinin təbii qazla təminatı və vətəndaşların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına məhz Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilirdi. Ümumiyyətlə, əhalinin kommunla problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olan məsələlərdən biri olub. Bu məsələ "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası zamanı da diqqətdən kənarda qalmayıb. Kommunal problemlər sırasında yer alan hər bir istiqamət kimi əhalinin təbii qazla təminatı məsələsinə də istər 2004-2008, istər 2008-2012, istərsə də 2014-2018-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilib və bu istiqamətdə məqsədyönlü addımlar atılıb.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası prosesinə nəzər yetirsək aydın şəkildə görərik ki, hazırda sonuncu ilinin icra müddəti həyata keçirilən bu Dövlət Proqramı çərçivəsində regionların tam şəkildə qazlaşdırılması və əhalinin təbii qazla təmin edilməsi istiqamətində kifayət qədər işlər görülüb, tədbirlər həyata keçirilib. Müşahidə edilən mənzərə ondan ibarətdir ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Azəriqaz İstehsalat Birliyi tərəfindən təkcə 2017-ci ilin ilin yanvar-noyabr ayları ərzində 1336,4 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 204,4 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz, Biləsuvar, Astara, Cəlilabad və Masallı rayonları üzrə 52 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
Ümumiyyətlə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində SOCAR-ın chr("39")chr("39")Azəriqazchr("39")chr("39") İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, chr("39")chr("39")mavi yanacaqchr("39")chr("39")la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür.Görülən işlərin nəticəsi olaraq keçən il, dekabr ayının 20-də Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki,335 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 976 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Beyləqan rayonunun İmamverdili və Birinci Şahsevən kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Məhz Dövlət Proqramının uğurlu icrası, eləcə də həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 80 458 yeni abonent qeydiyyata alınıb ki, bunun da 42 336-ı Bakı, Abşeron və Sumqayıt, 38 122-i isə regionlar üzrədir. Bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 085 225-ə çatıb. Onu da qeyd edək ki, 01 dekabr 2017-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 464 məscid və digər dini məbədlər də təbii qazla təmin olunub.
Ümumiyyətlə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində SOCAR-ın chr("39")chr("39")Azəriqazchr("39")chr("39") İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, chr("39")chr("39")mavi yanacaqchr("39")chr("39")la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Görülən işlərin nəticəsi olaraq artıq ucqar dağ rayonları və həmin rayonların ən ucqar kəndləri də təbii qazla təmin edilir. Belə ki, Dövlət Proqramının uğurlu icrası nəticəsində keçən ilin sonlarında Lerik rayonunun Əvilə və Murya kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 241 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib,152 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Keçən il ərzində Dövlət Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 958.3 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 143.3 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 40 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib. Hazırda da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində SOCAR-ın chr("39")chr("39")Azəriqazchr("39")chr("39") İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, chr("39")chr("39")Mavi yanacaqchr("39")chr("39")la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Təkcə 2017-ci ilin yanvar-dekabr ayları ərzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində 1886 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz,Şamaxı,Oğuz, İmişli,Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
Dövlət Proqramının uğurlu icrası çərçivəsində daha bir rayonda kənd və qəsəbələrin təbii qazla təmin olunması istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, yanvarın 27-də Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Tədbirdə "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 660 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 93 min 645 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən "Azəriqaz" İB-nin Baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir