Dövlət Proqramlarının hədəf və vəzifələri Azərbaycanın hərtərəfli inkişafına hesablanıb

Müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafında 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi əhəmiyyəti və önəmi var. Məhz  sözügedən Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsindədir. Eyni zamanda bu inkişaf tendensiyası günümüzdə bir sıra ölkələr tərəfindən öyrənilir, tədqiq olunur.

Müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafında 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi əhəmiyyəti və önəmi var. Məhz  sözügedən Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsindədir. Eyni zamanda bu inkişaf tendensiyası günümüzdə bir sıra ölkələr tərəfindən öyrənilir, tədqiq olunur.

Hər bir proqram, sənəd, strategiya və bu kimi dövlət sənədləri qəbul edilərkən onun qarşısında duran hədəflər, fəaliyət istiqamətləri müəyyən edildiyi kimi Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illər Dövlət Proqramının da qarşısında bir sıra hədəflər dururdu. Və hədəflərə uyğun olaraq da fəaliyyət istiqamətləri müəyyən edilərək həmin fəaliyyət istiqamətləri əsasında 2004-2008-ci illər üzrə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı həyata keçirildi.

1995-2003-cü illərdə həyata keçirilmiş geniş miqyaslı iqtisadi islahatlar növbəti beş ildə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə, regionların sosial-iqtisadi problemlərinin həllinə əlverişli zəmin yaratmışdı. Azərbaycan Respublikası rayonlarının hərtərəfli inkişafının təmin olunmasında, iqtisadiyyatın ərazi strukturunun təkmilləşdirilməsində, iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın yerlərdə tam bərqərar olmasında, ölkədə yoxsulluq səviyyəsinin azaldılmasında və onun tədricən aradan qaldırılmasında həyata keçirilən siyasət nəticəsində əldə edilən makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm rol oynayırdı. Bu vacib amili nəzərə alaraq, qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan makroiqtisadi sabitlik daha da möhkəmləndirildi. Bu məqsədlə 2004-2008-ci illərdə orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergilərin dərəcələrinin optimal həddə azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdirildi. Pul-kredit siyasətində, neft gəlirlərinin artımı ilə əlaqədar olaraq, manatın rəqabət qabiliyyətinin əlverişli səviyyədə qorunub saxlanmasını təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetirildi. İnvestisiya siyasətində dövlət investisiyalarının əsasən regionların infrastruktur və kommunal xidmət təminatının yaxşılaşdırılmasına, sosial obyektlərin inşasına yönəldilməsi əsas hədəf olacaqdı. Tarif-qiymət siyasəti əhalinin həyat səviyyəsi və ödəniş qabiliyyəti nəzərə alınmaqla formalaşdırıldı.

Dövlət Proqramının icrası nəticəsində aqrar sektorda islahatların ikinci mərhələsi sürətləndirildi. Dövlət siyasətinin başlıca məqsədi kənd əhalisinin maddi rifahının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasından, yeni iş yerlərinin yaradılmasından ibarət idi. Həmçinin proqram çərçivəsində  dağ rayonlarının inkişafına xüsusi diqqət yetirildi. Bu məqsədlə proqram çərçivəsində aşağıdakı tədbirlər həyata keçirildi. Kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişaf etdirildi,  dövlət investisiyalarının əsasən istehsal müəssisələrinin bərpasına, regionların infrastruktur və kommunal xidmət təminatının yaxşılaşdırılmasına, sosial obyektlərin inşasına yönəldildi, aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlətin maliyyə yardımı proqramları davam etdirildi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əhalinin müxtəlif təbəqələrinə mikrokreditlərin verilməsi sxeminin hazırlanması və bu sektorda layihələri maliyyələşdiriləcək mikrokredit banklarının, kredit ittifaqlarının yaradılması dəstəkləndi, kənd təsərrüfatında bazar prinsiplərinə əsaslanan sığorta sisteminin təşkili stimullaşdırıldı,  fermerlər tərəfindən yetişdirilən məhsulların həm daxili, həm də xarici bazarlarda satışına dövlət tərəfindən hərtərəfli dəstək göstərildi, İxraca Yardım Fondunun, birjalar, topdansatış anbarları, auksionlar yaradıldı, - baytar-sanitar, texniki nəzarət, fitosanitar, toxumçuluğun və damazlıq işləri dövlət tərəfindən dəstəkləndi və maliyyələşdirildi. Həmçinin  aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının dəstəkləndi, mövcud meliorasiya-irriqasiya sistemlərinin bərpası və yenidənqurulması, yeni sistemlərin tikilməsi hesabına suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, torpaqların şoranlaşmasının qarşısının alınması, magistral kollektorlar vasitəsilə şor suların maneəsiz Xəzər dənizinə axıdılması; - su çatışmazlığının aradan qaldırılması, bu məqsədlə yeni su anbarlarının, magistral kanalların və digər su təsərrüfatı obyektlərinin tikilməsi, torpaqların eroziyasına qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, - torpaqların rekultivasiyası layihələrinin hazırlanması,  torpaq kadastrının yaradılması, ölkədə torpaq bazarının yaradılması, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Dövlət Proqramının əsas fəaliyyət istiqamətləri idi.  Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılıq, üzümçülük, meyvəçilik, pambıqçılıq, tütünçülük, çayçılıq, ipəkçilik və digər sahələrin inkişafı prioritet vəzifə oldu.

Regionların iqtisadi inkişafının təmin olunmasında, əhalinin həyat səviyyəsinin yüksəldilməsində infrastrukturun və kommunal xidmətlərin başlıca amillərdən biri olduğunu nəzərə almaqla 2004-2008-ci illəri əhatə edən müddət ərzində bu sahələrdə dövlət siyasətinin əsas istiqamətləri də müəyyənləşdi. Müasir tipli elektrik stansiyaları, yollar, kommunikasiya xətləri və digər infrastruktur obyektləri inşa olundu, yenidən quruldu və inkişafı layihələri həyata keçirildi. Kənd rayonlarında və qəsəbələrdə nəqliyyat, avtomobil yolları və yol infrastrukturu, maliyyə infrastrukturu inkişaf etdirildi, əhalinin, xüsusilə kənd əhalisinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, su, qaz, rabitə və s. ilə təminatı müasir tələblər səviyyəsinə çatdırıldı, bu məqsədlə bu sahələrdə restrukturizasiya tədbirləri davam etdirildi, -infrastruktur və kommunal xidmət obyektlərinin idarə edilməsində bələdiyyələrin rolu artırıldı. Dövlətin struktur siyasəti neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına, innovasiya texnologiyalarının daha geniş tətbiqinə, iri müəssisələrin özəlləşdirilməsinə, sahibkarlığın inkişafına, ixrac potensialının artırılmasına yönəldi. Özəlləşdirmə prosesinin başlıca məqsədlərindən biri regionlarda işləməyən müəssisələrin fəaliyyətinin bərpa edilməsindən, yeni iş yerlərinin açılmasından ibarət idi.

Dövlət Proqramınin icrasının sonrakı illərində Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər davam etdirildi. Onların başlıca istiqamətləri aşağıdakılar idi. Regionlarda sahibkarlığın inkişafına dövlət maliyyə köməyinin artırılması,  rayonlarda mövcud olan potensial imkanlar barədə məlumat bazasının yaradılması,  yerlərdə sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və s. Həmçinin  rayonlarda turizmin inkişaf etdirilməsi, yerlərdə ticarət yarmarkalarının yaradılması,  istehsal olunan məhsulların keyfiyyətinə laboratoriya nəzarətinin gücləndirilməsi, yerli ixtisaslaşmanı nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması,  sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi,  təbii inhisarların tariflərinin müntəzəm şəkildə tənzimlənməsi, sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının qəti şəkildə alınması, ipoteka lizinq, françayzinq kimi beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış sahibkarlıq fəaliyyəti növlərinin dəstəklənməsi və inkişaf etdirilməsi,  dövlət-sahibkar dialoqunun genişləndirilməsi və s.

Dövlət Proqramının icrası ilində regionlarda sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların mənəvi ehtiyaclarının daha dolğun ödənilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması təşkil etdi. Sosial təminat sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri pensiyaların müntəzəm olaraq artırılmasından və onların ünvanlılığının təmin edilməsindən, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən az təminatlı hissəsinə xüsusi diqqətin yetirilməsindən ibarət oldu. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31