İqtisadiyyat

Deputat: “Problemli kreditlərin həddi 2 milyardı keçib”

2 Fevral 2018 13:32

Azərbaycanda problemli kreditlər artıq təhlükəli həddə çatıb.Bunu deyən deputat Əli Məsimlinin sözlərinə görə, artıq problemli kreditlərin həddi 2 milyardı keçib: “Problemli kreditlərin həcmi 2 miyard manata, ümumi kredit portfelinin 15 faizinə çatır. Əslində vəziyyət bundan da ağırdı.

Nazir: "Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı"

2 Fevral 2018 12:36

"Prezident İlham Əliyevin beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır". Məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

İqtisadiyyat naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

1 Fevral 2018 18:13

İqtisadiyyat naziri Şahin Mustafayevin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar, ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, ABŞ-a Azərbaycanın ixrac missiyasının təşkili və s. məsələlər barədə müzakirələr aparılıb.

Dəmiryolçular “Şəhidlər muzeyi”ndə

1 Fevral 2018 16:54

"Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsis etdiyi “Şəhidlər muzeyi”ni ziyarət edib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,“Şəhidlər muzeyi”nin yaradıcısı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımovölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan eləcə də yaralanan hər bir döyüşçünün bu xalqın tarixində əbədi qalacağını bildirib.

Baytarlıq Xidməti: İran və İraqdakı "quş qripi"nin Azərbaycana təhlükəsi yoxdur

1 Fevral 2018 16:45

İran və İraqda "quş qripi"nin geniş yayılmasının Azərbaycana təhlükəsi yoxdur. Bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, Azərbaycan İrandan diri quş, quş əti, yumurta və digər quş məhsullarının idxalını ötən ilin mart ayından qadağan edib: “İraqdakı "quş qripi"nə gəldikdə isə Azərbaycan bu ölkədən quş əti və digər məhsullar idxal etmir”.

Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni bir layihəyə start verib

1 Fevral 2018 16:16

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi  infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir. AMB-dən  verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilib və bu hədəflər üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas icraçı təyin edilib.

Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır

1 Fevral 2018 15:56

Azərbaycanda son illər ərzində uğurla inkişaf edən sahələrdən biri də kənd təsərrüfatıdır. Həm dövlətin bu sahəyə diqqət və qayğısı, həm də kənd təsərrüfatı məhsullarına artan tələbat bu sahəyə xüsusi diqqət yetirilməsini zərurətə çevirir. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı elə bir səviyyəyə çatıb ki, əhalinin əksər məhsullara olan tələbatı məhz yerli istehsal hesabına ödənilir. Bu sahədə əldə edilən müsbət nəticələr hətta xaricə kənd təsərrüfatı məhsulları ixrac etməyə də imkan verir.

Bu gündən Mərkəzi Bank qeydiyyata alınmayan pul nişanlarının ekspertizasını aparmayacaq

1 Fevral 2018 12:15

Bu gündən Mərkəzi Bank (AMB) qeydiyyata alınmayan pul nişanlarının ekspertizasını aparmayacaq. Mərkəzi Bankdan verilən məlumata görə, ölkədə nağd pul tədavülünün effektiv təşkili, dövriyyənin yüksək keyfiyyətli pul nişanları ilə təmin olunması və saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar banklara və poçt rabitəsinin milli operatoruna müvafiq tapşırıqlar verilib.

Ələt azad iqtisadi zonasında lisenziya və icazələr “bir pəncərə” prinsipi əsasında veriləcək

31 Yanvar 2018 17:41

Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Bu, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və “bir pəncərə” qaydasında işləyəcək.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub

31 Yanvar 2018 17:40

Samir Əli Hüseyn oğlu  Axundov Azərbaycan RespublikasıEnergetika Nazirliyinin tabeliyində “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. Nazirlikdən verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov 30 yanvar 2018-ci il tarixində bu təyinat barədə əmr imzalayıb.

Azərbaycan ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda - REYTİNQ

31 Yanvar 2018 17:00

Azərbaycan rusiyalı turistlər üçün ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda yer alıb.

40 tonluq kran gəmisi əsaslı təmir olunub

31 Yanvar 2018 16:55

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atamoğlan Kərimov” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib.

“Regionların inkişafı postsovet dövrünün çağırışlarına uyğun olaraq davam etdirilir”

31 Yanvar 2018 16:16

“Regionların inkişafı üçün sistemli yanaşmanın olması vacib idi və dövlət proqramları məhz belə bir yanaşmanı ortaya qoydu”. Bunu  regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edən İqtisadi və Sosial Inkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Azərbaycanın iqtisadi imkanları daha da genişlənir

31 Yanvar 2018 14:30

Ayrı-ayrı dövlətlər öz rifahını beynəlxalq əmtəə dövriyyəsinin genişlənməsi hesabına artırırlar. Bu iqtisadi fikir azad ticarət nəzəriyyəsinin formalaşması və inkişafına xidmət edir. Lakin, qeyd etmək lazımdır ki, sözün əsl mənasında azad ticarət praktiki olaraq mövcud deyildir. Tarif və kvotaların mövcud olmadığı yeganə müasir dövlət demək olar ki, Honq Konqdur.