İqtisadiyyat

Regionların inkişafı əhailini sosial rifahına müsbət təsir göstərib

4 Aprel 2018 15:14

Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə kənd təsərrüfatının inkişafına təkan verib. Sözügedən proqramların icrası xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin genişlənməsi, o cümlədən ixrac potensialının artması ilə müşahidə olunur. Artıq ölkənin ayrı-ayrı rayonları keyfiyyətli və rəqabətədavamlı istehsal məhsullarını xarici bazarlara çıxarmaqla yüksək gəlir əldə etmək imkanı qazanıblar.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə kənd təsərrüfatının inkişafına təkan verib

3 Aprel 2018 16:05

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ən uğurlu cəhətlərindən biri bölgələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi oldu. Proqramın icrasının 14 ili ərzində bu sahənin inkişaf etdirilməsi daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potesialımızın artmasına da imkan yaratdı. Hazırda bu sahədə mövcud olan  vəziyyət belə deməyə əsas verir.

Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb

3 Aprel 2018 11:48

Bakı şəhərinin 2017-ci il üzrə elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb. Energetika Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hesabata əsasən ötən il əvvəlki illərlə müqayisədə Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı üzrə yüksək göstəricilərə nail olunub. Belə ki, Bakı şəhəri üzrə 2017-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,87 saat təşkil edib. Orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,98 dəfə olub. 

Regionlarda ənənəvi sahələr inkişaf etdirilir

2 Aprel 2018 15:29

Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin başlıca prioritetlərindən hesab olunur. Elə bu sbəbədən də kənd təsərrüfatının ənənvi sahələrinin inkişafına üstünlük verilir. Etiraf edilməlidir ki, sözügedən sahələrin inkişafında regionların sosial-iqtisadi inkişaşı dövlət proqramları əhəmiyyətli rol oynayır.

İran-Azərbaycam əməkdaşlığı yeni mərhələdə

2 Aprel 2018 12:32

İran-Azərbaycan münasibətlərinin kökü çox qədim dövrlərə gedib çıxır. Qonşu dövlət olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdəki əlaqələr daha çox xalqlar arasındakı yaxınlığa adekvat nizamlanır. Müasir mənada Azərbaycan-İran münasibətlərindən daha çox 1991-ci ildən sonrakı mərhələ üçün bəhs etmək mümkündür. Xatırladaq ki, Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin formalaşması ilə bağlı bəzi məqamlar 1991-ci ildən sonrakı dövrün təhlilinə daha rahat imkan verir.

Rauf Əliyev: “İranla iqtisadi əlaqələrimiz daha da genişlənəcək"

31 Mart 2018 19:05

“Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə görüşü çox önəmli və vacib idi. Artıq Azərbaycan-İran münasibətləri dostluq çərçivəsində davam etdirilir”. Bunu millət vəkili Rauf Əliyev deyib.

Gəlmə turizm komitəsinə yeni rəhbər seçilib

30 Mart 2018 17:34

Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinin növbəti iclası keçirilib. Assosiyasiyadan “Olaylar”a verilən məlumata görə, iclasın gündəliyinə komitənin yeni rəhbərinin seçilməsı məsələsi daxil edilib. Komitə üzvlərinin səsverməsi nəticəsində, gəlmə turizm komitəsinin yeni rəhbəri Nəsib Usubov (A La Carte Travel) seçilib. Komitə rəhbərləri AZTA-nın daxili prosedurlarına uyğun olaraq, bir il müddətinə seçilir. Bundan öncə həmin komitəyə rəhbərliyi Murad Kərəmov edirdi.

Azərbaycan İranın dünya maliyyə bazarlarına çıxışı üçün körpü rolunu oynayır

30 Mart 2018 17:21

“Azərbaycan İranın dünya maliyyə bazarlarına çıxışı üçün özünəməxsus körpü rolunu oynayır”.Bunu  Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib. Deputatın sözlərinə görə, hazırda İran dünya maliyyə bazarlarına çıxışda və beynəlxalq ödəniş sistemlərinin tətbiqində müəyyən çətinliklərlə üzləşir: “ABŞ və Avropa ölkələri tərəfindən tətbiq olunan sanksiyalarla əlaqədar İranın maliyyə və bank sahələrində problemləri mövcuddur. Yalnız qısa müddət əvvəl onlar beynəlxalq ödəniş sistemlərinə qoşulmağa başlayıblar, amma problemlər əvvəlki kimi qalmaqdadır”.

Qusarda regional logistik mərkəz yaradılır

30 Mart 2018 17:04

Martın 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qusar rayonunun Yuxarı Zeyxur kəndində investisiya layihələrinin maliyyələşdirilməsi tədbiri keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Regionların sosial-iqtisadi inkişafı proqramları bölgələrdə infrastrukturun yenilənməsini təmin edib

29 Mart 2018 15:35

2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb. Nəticədə minlərlə yeni iş yerləri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasının dəyişməsilə bərabər, əhalinin rifah halının yüksəlməsinə, sosial problemlərin həllinə rəvac verib.

Qida məhsullarının istehsalında istifadə olunan əlavələr təhlükəlidirmi?

29 Mart 2018 13:14

Qida istehsalı zamanı məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii və ya sintetik yolla əldə edilmiş qida əlavələrindən istifadə edilir. Qida əlavəsi qida məhsulunun tərkibinə daxil olur. Heç vaxt qida əlavəsinin ayrıca istifadəsinə yol verilmir. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qida əlavəsi istifadə edilən zaman bir sıra önəmli qaydalar nəzərə alınır ki, bu sıraya insan sağlamlığı üçün tam təhlükəsiz olması; insan üçün toksik və ya zəhərli olmaması; insanda xərçəngin əmələ gəlməsinə səbəb olmaması; zərərli maddələrin olmaması və antibakterial effektinin olması daxildir.

İrandan Azərbaycana gələn turistlərin sayı 360 minə çatıb

29 Mart 2018 12:39

"Son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb".

Neftçalada Azərbaycan və İranın birgə avtomobil zavodunun açılışı olub

29 Mart 2018 12:31

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Məlumata görə, prezident İlham Əliyev və prezident Həsən RuhaniNeftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıbar. Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.