İqtisadiyyat
Ölkəmiz sülhün və təhlükəsizliyin güclənməsinə əsaslı töhfəsini verəcək
“Qoşulmama Hərəkatının nazirlər konfransının Azərbaycanda keçirilməsinin çox böyük önəmi və əhəmiyyəti var. Bu, böyük siyasi-diplomatik hadisədir və ölkəmizin dünyadakı yerinin, nüfuzunun növbəti göstəricisidir”. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
İndoneziyalı turistlər üçün xüsusi turizm paketləri hazırlana bilər
Azərbaycanla İndoneziya arasında İndoneziyadan ölkəmizə gələn turistlərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu məsələ nazir Əbülfəs Qarayevin İndoneziyanın xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachirlə görüşü zamanı müzakirə edilb.
SOCAR-da korrupsiya ilə bağlı ehtimalların araşdırılması üçün qaynar xətt açılıb
"SOCAR-da korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ehtimalların araşdırılması üçün işçilərə daxili qaynar xətt açılıb". Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Musa Qasımlı: "Azərbaycanın beynəlxalq nüfuzu artıb"
“Müasir dünya siyasətində Qoşulmama Hərakatı müstəsna rol oynayır”. Bu sözləri millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, 60 cı illərin əvvəllərində əsası qoyulan bu hərakat soyuq müharibə illərində, iki blok arasında gedən mübarizədə bir növ ortaq mövqe tuturdu: "Qoşulmama Hərakatının iştirakçısı olan ölkələr, dünya ərazisinin bəlli bir hissəsini təşkil edirlər.
Rövnəq Abdullayev: “Cənub Qaz Dəhlizi beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq”
“Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Rövnəq Abdullayev: " Yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik"
"Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib". Məlumata görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Abşeron yatağında Total şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb.
Ekspert sosial evlərin satış qiymətini açıqladı
Sosial evlərin satışı başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Belə ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-də saat 10:00-da başlayacaq və proses avqustun 7-dək davam edəcək”.
Bu da Azərbaycan və İranın birgə istehsal etdiyi avtomobilin ilk nümunəsi
Azərbaycanın iqtisadi və sosial inkişafına təkan verən regional proqramlar
İstənilən ölkənin inkişafında regionların da xüsusi payı var. Bu mənada paytaxtla yanaşı regionların da inkişaf etdirilməsi başlıca şərtdir. Əgər regionlarda inkişaf olmasa, ümumilikdə ölkəni inkişaf etdirmək asan olmaz. Bu mənada Azərbaycanda həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi əhəmiyyəti var. 2004-cü ildən icrasına başlanan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının 14 ili ərzində Azərbaycanın siması əsaslı dərəcədə dəyişib, ölkədə hər addım başı geniş quruculuq-abadlıq işləri həyata keçirilib, infrastuktur yaradılıb.
Kral ailəsinin üzvlərinə su içmək qadağan edildi
Dietoloqlar Böyük Britaniya kral ailəsi üçün qadağan olunan qida məhsullarının siyahısını tərtib edib. Məlumata görə, bu addım onların xarici səfərlər zamanı zəhərlənməsinin qarşısını almaq üçün atılıb.
Şahin Mustafayev BƏƏ-nin Xarici İşlər üzrə dövlət naziri ilə görüşüb
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.
Heyvan və heyvan məhsullarının identifikasiyası necə aparılır?
Bütün istehsal zənciri boyunca heyvan və heyvan məhsullarının izlənilə bilinməsi istehlakçılar üçün vacib məsələdir. İzlənilmə heyvanın sağlamlığı və heyvan mənşəli qidanın dad, qoxu, rəng və s. göstəriciləri haqqında məlumat verir. Ona görə də, izlənilmə qida zənciri boyunca risk faktorlarına mane olmağa və effektiv şəkildə dərhal cavab verməyə kömək edir. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, izlənilmə üzrə ilk effektiv çalışmalara Avropa Birliyi tərəfindən qaramallarda dəli dana xəstəliyi (bovine spongiform encephalatopathy) aşkar olunduqdan sonra başlanılıb.. Dəli dana xəstəliyi, dabaq, donuz vəbası, quş qripi və insanların sağlamlığına ciddi ziyan vuran Salmonella, Escherichia coli və s. bakteriyaların törətdikləri xəstəliklərin artması heyvan və heyvan mənşəli məhsulların qida təhslükəzliyi üçün mövcud olan izlənilmə sistemlərinin vacibliyini göstərir.
Norveçə getmək istəyənlərə XƏBƏRDARLIQ
Norveçə səfər etmək istəyən Azərbaycan vətəndaşları olarsa, turizm şirkətləri onları həmin ölkədə norovirusun yayılması barədə məlumatlandırmalıdırlar. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
“YouTube” təhlükəsizlik tədbirlərini gücləndirir
“Yutub” şirkətin Kaliforniyadaki baş gərargahı qarşısındakı atışmadan sonra bütün dünya üzrə ofislərində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir. Bu barədə şirkətin "Tvitter" hesabında dərc edilmiş bəyanatda deyilir.
"Feysbuk" məhdudiyyətlər qoyacaq
"Feysbuk" sosial şəbəkəsi kənar tətbiqlər tərəfindən istifadəçilərin məlumatlarının əldə edilməsinə məhdudiyyətlər qoymaq niyyətindədir. Bu gündən etibarən "Feysbuk" (API) proqram interfeysi istifadə edən tədbiqlər qonaqlar siyahısına və “hadisə divarında” dərc edilən postlara giriş əldə edə bilməyəcək.














