İqtisadiyyat

Azərbaycan dövləti regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir

10 Aprel 2018 15:16

Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi islahat müsbət nəticəsini verməkdədir. Demək olar ki, respublikanın əksər rayonlarında iqtisadi inkişafa nail olunub. Xüsusən, regionlarda kənd təsərrüfatı sahəsinin dinamik inkişafı təmin edilib. Sadalanan faktlar ölkədə qeyri-neft sektorunun sürətli inkişafına təkan verib.

Ekspert: “Dollara tələbin artması milli valyutanın kursunun azalmasına səbəb olub”

10 Aprel 2018 13:31

Azərbaycanda son 3 ayda dollara tələbin artması müşahidə edilir. Rəsmi statisikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub. Fondun açıqlamasına görə, 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 %, yaxud 516.8 milyon ABŞ dolları çoxdur.

Deputat: “Azərbaycana gələn turistlərin sayında xeyli artım var"

10 Aprel 2018 11:55

“Təbii ki, turizmin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən bir sıra islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycanın turizm potensialı artıq dünya tərəfindən tanınmağa başlanmışdır”. Bunu  millət vəkili Azər Badamov deyib.

Turistlərin Azərbaycandakı bank əməliyyatlarının həcmi açıqlandı - 190 milyon...

10 Aprel 2018 11:09

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.

Ərzaq məhsulları bahalaşıb

9 Aprel 2018 19:03

 2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq mallarının qiymətləri 4,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9% bahalaşıb.

Dollar kreditlərinin taleyi necə olacaq? - Elman Rüstəmov danışdı

9 Aprel 2018 16:16

Mərkəzi Bank uçot dərəcəsinin 13 faizdən 11 faizə,  faiz dəhlizinin yuxarı və  aşağı həddinin müsbət və mənfi 3   faizə endirilməsi barədə qərar qəbul edib.

Cümhuriyyətin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yubiley sikkələri buraxılacaq

9 Aprel 2018 16:14

Mərkəzi Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yeni yubiley sikkələri buraxacaq. Bu barədə AMB-ın sədri Elman Rüstəmov deyib.

AKRA: Son 27 ildə MDB-də ən yüksək iqtisadi artıma Azərbaycan nail olub

9 Aprel 2018 16:05

1990-cı ildən 2017-ci ilədək Azərbaycan iqtisadiyyatı MDB ölkələri arasında ən yüksək artımı nümayiş etdirib. Bu barədə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) hazırladığı MDB neft iqtisadiyyatlarının makroiqtisadi icmalında deyilir.

Regional proqramların davamlı icrası və onun uğurlu nəticələri

9 Aprel 2018 15:29

Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi çəkisi və payı var. 2004-cü ildən etibarən həyata keçirilən və bu günə qədər uğurla icra olunan regional proqramlar ölkənin simasını tamamilə dəyişib. İstər aran, istər dağ rayonlarında regional proqramlar çərçivəsində kifayət qədər mühüm işlər görülüb, infrastruktur yenilənib, quruculuq-abadlıq işləri həyata keçirilib.

Vaxtı keçmiş kreditlərin həcmi 1.7 milyard manata çatıb

9 Aprel 2018 14:00

Bu ilin martın 1-nə olan məlumatına görə, ölkə iqtisadiyyatına kredit qoyuşunun həcmi 11 milyard 561 milyon manat təşkil edib. “Olaylar” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisə kredit qoyuluşlarının həcmi 4,3 milyard manat və ya 27.1 faiz azalıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya bankları tərəfindən iqtisadiyyata yönələn vəsaitin həcmi 1.6 faiz azalıb.

CAR-la əməkdaşlıq məsələləri müzakirə edilib

9 Aprel 2018 12:44

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Cənubi Afrika Respublikasının (CAR) Türkiyə və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefaneni ilə görüşüb.

Azərbaycan-BP əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

9 Aprel 2018 12:22

İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev Azərbaycanın uzun müddətdir ki, BP ilə əməkdaşlıq etdiyini və əlaqələrimizin etimad üzərində qurulduğunu vurğulayıb.

Azərbaycanda milli valyutada əmanətlərin həcmi 2 dəfə artıb

9 Aprel 2018 12:16

2018-ci ilin fevral ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 750,3 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 935,2 mln. manatı (37,87%) milli valyuta, 4 mlrd. 815,1 mln. manatı (62,13%) isə xarici valyuta ilə yerləşdirilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

"Facebook Messencer"də YENİLİK

9 Aprel 2018 09:28

"Facebook Messencer"də tezliklə daha bir yenilik ediləcək. "WhatsApp"ın bəyənilən xüsusiyyətlərindən biri olan "ismarıcı geri alma" imkanı "Facebook Messencer"də də tətbiq ediləcək.

Bakı-Naxçıvan aviareysi təxirə salındı

8 Aprel 2018 20:17

Təyyarə havaya qalxarkən quş ilə toqquşub Bakı-Naxçıvan aviareysi təxirə salınıb. Bunu “Azərbaycan HavaYolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.