Deputat: “Azərbaycana gələn turistlərin sayında xeyli artım var"

“Təbii ki, turizmin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən bir sıra islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycanın turizm potensialı artıq dünya tərəfindən tanınmağa başlanmışdır”. Bunu  millət vəkili Azər Badamov deyib.

"Təbii ki, turizmin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən bir sıra islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycanın turizm potensialı artıq dünya tərəfindən tanınmağa başlanmışdır". Bunu  millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycana ilbəil gələn turistlərin sayında xeyli artım var: "Cənab Prezident İlham Əliyev də ötən gün Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında haqlı olaraq qeyd etdi ki, biz bir sıra turistlərin gəlişi ilə bağlı islahatlar keçirildi. Bu əsasən vizaların sadələşdirilməsi, yəni birbaşa 90-a yaxın ölkənin vətəndaşlarının aeroportda viza ala bilməsi, ölkədə yaranmış turizm infrastrukturu, ölkəmizə xarici turistlərin marağının artması və s. ilə bağlı idi. Bütün bu inkişaf və turistlərin rahat dincəlməsi üçün gözəl şəraitlər yaradılıb. Həm də cənab Prezident müşavirədə bəzi qurumlara iradlarını da bildirdi ki, ölkəmizə gələn turistlərin incidilməsi hallarına yola verilməsin. Bütün bunlar onu göstərir ki, turizm potensialı çox yüksəkdir və gələcəkdə də gələn turistlərin sayında kifayət qədər artımlar olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31