İqtisadiyyat

Regional proqramlar Aran zonasında pambıqçılığın inkişafına təkan verib

28 Mart 2018 16:24

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında qarşıya qoyulan bütün vəzifə və tapşırıqlar yerlərdə uğurla icra edilməkdədir. Bunu sözügedən poqramların icrası çərçivəsində bölgələrdə görülən işlər, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr də təsdiqləyir.  Ümumiyyətlə, regionla proqramların icrası respublikanın, xüsusilə də regionların simasını əsaslı dərəcədə dəyişib desək yanılmarıq. Bu gün ölkənin şimalından tutmuş cənubuna, qərbindən tutmuş şərqinə qədər bütün bölgələrdə bunun əyani şahidinə çevrilirik.

ABŞ səfiri: “Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir”

28 Mart 2018 16:06

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar nahar təşkil olunub. Tədbiri açıq elan edən AmCham Azərbaycanın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova R. Sekutaya Azərbaycanda xüsusi xidmətlərinə görə minnətdarlıqlarını ifadə ediblər, 2015-ci ildə Bakıya gələn səfirin Palatanın fəaliyyətinə böyük töhfə verdiyini vurğulayıblar.  

Nazirlik vergi ödəyicilərinə müraciət etdi

28 Mart 2018 16:05

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. “Olaylar”ın məlumatına görə, müraciətdə bildirilir ki, 2017-ci ilin yekunlarına görə hüquqi şəxslər tərəfindən mənfəət və əmlak vergisi, fiziki şəxslər isə gəlir vergisinin bəyannaməsini aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Azərbaycan iqtisadiyyatının inkişafı üçün lazımi şərait yaradılıb

28 Mart 2018 14:39

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət kiçik və orta sahibkarlığın inkişafına təkan verib. Ölkədə normal biznes mühitinin yaradılması dövlətin priorotet məsələlərindən hesab olunduğundan sahibkarlığın inkişafına lazımi dəstək verilir. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun inkişafında sahibkarların sərbəst fəaliyyəti əsas faktorlardan hesab olunur.

Turizm Assosiasiyasının yeni komitəsi təsis edilib

28 Mart 2018 12:36

Azərbaycan Turizm Assosiasyasının yeni komitəsı təsis edilib. Bu barədə məlumatı “OLAYLAR”-a  Assosiasiyanın idayə heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib. O bildirib ki, AZTA –nın idarə heyətinin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə  komitə yaradılıb: “Yeni komitənin artıq ilk iclası keçilib. İclasda  əsasən inzibatı məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş  üzrə komitənin rəhbəri Samirə Quliyeva seçilib”.

Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə girə bilər

27 Mart 2018 16:37

“Pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş növbəti respublika müşavirəsi Bərdədə keçirilib. Bundan əvvəlki müşavirələri Saatlıda və Sabirabadda keçirilmişdi. Keçirilən hər bir müşavirədə pambıq istehsalçılarının qarşısına yeni vəzifələr qoyulur və çoxlu məhsul istehsalı istiqamətində fermerlər işləməkdə yeni stimul alır”. Bu sözləri açıqlamasında millət vəkili Azər Badamov deyib.

Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək

27 Mart 2018 15:50

Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin regional baxımdan tarazlı və davamlı inkişafı üçün bu imkan heç şübhəsiz ki, dövlət başçısı İlham Əliyevin 2009-cu il aprelin 14-də təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yaradır. Belə ki, adı çəkilən sənəddə ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək olmaq, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur.

Azərbaycanda pambıqçılığın inkişafı yeni mərhələdə

27 Mart 2018 14:59

Artıq uzun müddətdir ki, ölkədə qeyri-neft sektorunun inkişafı əsas prioritet vəzifələrdən birinə çevrilib. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar Azərbaycanda qeyri-neft sektorunun əsaslı dərəcədə inkişafına təkan verib.

Ekspert: “Cənub qaz dəhlizi” rəqabətin artmasına səbəb olacaq

25 Mart 2018 15:25

"Cənub qaz dəhlizi" layihəsi həm Azərbaycana, həm də, layihədə iştirak edən digər ölkələrə fayda verəcək. Bu barədə Rusiyanın "Milli Enerji təhlükəsizliyi Fond"nun analitik idarəsinin rəhbəri Aleksandr Paseçnik deyib.

Hansı xarici dili öyrənmək sizə əlavə pul qazandıra bilər?

24 Mart 2018 20:08

Artıq şirkətlərdə xarici dil bilmək, əlavə təcrübə deyil amma əsas şərtdir. Amma araşdırmalara görə elə xarici dillər var ki, onu öyrənmək sizə maddi cəhətdən üstünlük qazandıra bilər. Yəni əlavə bildiyiniz xarici dillə maaşınız arta və yə başqa yaxşı maaşlı yerdə işləyə bilərsiniz. Təbii ki bu proses bildiyimiz xarici dilə görə də dəyişir.

Özbəkistanda Azərbaycanın müalicəvi turizm imkanlarına dair təqdimat mərasimi keçirilib

24 Mart 2018 15:00

Azərbaycanın “Travel lab” və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddəki Hyatt Regency otelində keçirilən  tədbirdə Özbəkistanın turizmin inkişafı üzrə Dövlət Komitəsinin rəhbərliyi, bu ölkənin 30-dan çox aparıcı turizm təşkilatlarının nümayəndələri, çoxsaylı mətbuat nümayəndələri iştirak ediblər.

Vatsapda MÜHÜM YENİLİK

21 Mart 2018 10:46

"Android" sistemi ilə təchiz edilmiş smartfon istifadəçilərinə daha bir yenilik edilib. Vatsap mesenceri 3 yeni funksiyasını aktivləşdirib. Mesencerin yenilənmiş ən son versiyası "Android" idarəetməli mobil qurğularda qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görünəcək.