İqtisadiyyat

London-Moskva qarşıdurmasının manata təsiri

19 Mart 2018 16:57

Rusiyanın Böyük Britaniya ilə başlayan “ikinci dalğa gərgin münasibətləri” şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub.

Lənkəranda sahibkarlar üçün treninq keçirilib

19 Mart 2018 16:36

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, treninqdə iştirakçılara Lənkəran rayonunda çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişafı, “Made in Azerbaijan” brendinin yaradılması və s. barədə ətraflı məlumat verilib.

Bakıda otellərin qiyməti ucuzlaşdı

19 Mart 2018 14:31

Bakıda hər il Novruz bayramı ərəfəsində otellər qiymətlərini qaldırsalar da, bu il qiymətlərini 20 faiz ucuzlaşdırıblar. Bunu  Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl otellərdə qiymətlər baha olsa da, artıq qiymətlər ucuşlaşdırılıb.

DİQQƏT - Şəhərdə tıxac var

19 Mart 2018 09:30

Bakıda keçirilən Novruz şənlikləri ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində tıxaclar yaranıb. Hazırda həm şəhərin mərkəzinə Azneft dairəsindən daxil olan yolda, həm də Nobel prospekti istiqamətində avtomobillərin sıxlığı müşahidə olunmaqdadır.

Martın 19-da bu yollar bağlı olacaq - SİYAHI

17 Mart 2018 21:11

Martın 19-da keçiriləcək Novruz bayramı şənlikləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, martın 19-da səhər saatlarından Bakı-Ələt magistralının 14-cü kilometrliyindən, "20-ci sahə" dairəsindən, Bayıl qəsəbəsindən, Bayraq Meydanı ətrafından, "Dalğa Plaza" inzibati binasının yanından paytaxtın Azneft dairəsi, Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

“Cənub Qaz Dəhlizi” Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır

16 Mart 2018 17:18

“Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur ki, “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.

İnnovasiyalı klasterlərin yaradılmasına dair konfrans keçirilib

16 Mart 2018 15:45

Martın 16-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "İnnovasiya klasterlərinin yaradılmasında dövlət-özəl sektor əməkdaşlığı: mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə" mövzusunda Konfrans keçirilib. “Olaylar” xəbər verir ki, konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini, sənaye parkları və məhəllələrinin, rəqabətqabiliyyətli və innovativ sənaye məhsulları istehsalı müəssisələrinin yaradıldığını və ixrac potensialının genişləndiyini bildirib.

1-ci Donor Əlaqələndirmə Görüşü keçirilib

16 Mart 2018 13:41

Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 1-ci Donor ƏlaqələndirməGörüşü keçirilib.Agentlikdən “OLAYLAR”-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edib.

Baş nazir: "Neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına töhfə verəcək"

16 Mart 2018 13:12

"Son 14 il ərzində ÜDM 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb".“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Artur Rəsizadə deyib: "Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib.

Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

16 Mart 2018 11:28

Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə “Made in Azerbaijan” brendi, investisiya təşviqi sənədi, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznesdə İKT-dən istifadə mövzularını əhatə edən treninqlərdə investisiya təşviqi sənədinin alınması və bu sənədi alan sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, biznesdə sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib.

ABB Rusiya və Gürcüstan bazarını tərk edir

15 Mart 2018 17:43

Azərbaycan Beynəlxalq Bankıbəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib. ABB-dən verilən məlumata görə, ləğvinə qərar verilən törəmə qurumlar “Bank “MBA-Moskva” (MBA-Moskva), “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və “Biznes-Rabitə” MMC-dir. 

“İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr”mövzusunda Dəyirmi Masa keçirilib

15 Mart 2018 17:24

Martın 15-də Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə “İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda Dəyirmi Masa keçirilib.

İranın neft naziri: "Rusiya OPEC+ anlaşmasından vaxtından əvvəl çıxa bilər"

15 Mart 2018 17:18

Neft hasilatının həcminin azaldılması ilə bağlı anlaşmasının əsas iştirakçılarından biri olan Rusiya anlaşmadan vaxtından əvvəl çıxa bilər. Bunu İranın neft naziri Bican Namdar Zanqane deyib.