1-ci Donor Əlaqələndirmə Görüşü keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 1-ci Donor ƏlaqələndirməGörüşü keçirilib.Agentlikdən “OLAYLAR”-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edib.
16 Mart 2018 13:41 İqtisadiyyatQida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 1-ci Donor ƏlaqələndirməGörüşü keçirilib.Agentlikdən "OLAYLAR"-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasındaəməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək vəbu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır.
Görüşdə açılış nitqi ilə çıxış edən Agentliyin sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib. Agentliyin sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və mövcud standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Xarici qurum və təşkilatlara aparılan danışıqlar haqqında da məlumat verən Qoşqar Təhməzli may ayında ölkəmizdə baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan 2018"-in qida zənciri iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayacağını bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas tədbiriştirakçılarını salamlayaraq, qida təhlükəsizliyi sahəsindəki mövcud durum, Aİ və Azərbaycan arasında qida təhlükəsizliyi sahəsində qurula biləcək əməkdaşlığıngələcək imkanları haqqında məlumat verib.