İqtisadiyyat
Macarıstanla turizm sahəsində əməkdaşlıq memorandumu imzalanacaq
Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar. “OLAYLAR” xəbər verir ki, bu barədə razılıq Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində əldə olunub.
“Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak, eləcə də dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlərin iştirakı ilə "Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə dəyirmi masa keçirilib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, açılış nitqində energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar əməkdaşlığa görə Enerji Xartiyası Katibliyinə təşəkkürünü çatdıraraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin əhəmiyyətindən danışıb.
Aydın Əliyev: “Son iki ildə gömrük orqanları tərəfindən 3 ton 851 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb”
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti Karen Çeyson ilə görüşüb.
“Fitch”: “Cənub Qaz Dəhlizi” Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır
““Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.
Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb
Martın 14-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian imzalayıb.
Şəkər çuğunduru istehsalçılarına illik 3 faizlə güzəştli kreditlər verilib
Martın 15-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı” ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə uğurla icra edilir
Son illər Azərbaycanın hər bir bölgəsində, eləcə də Saatlıda görülən işlər dövlət başçısının imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Qısa tarixi bir müddətdə ən mürəkkəb sosial problemləri müvəffəqiyyətlə həll edərək Azərbaycanı güclü, iqtisadi potensialı, maliyyə resursları, müasir infrastruktur şəbəkələri olan qüdrətli bir dövlətə çevirmək ölkə rəhbərliyinin böyük uzaqgörənliyinin, idarəçilik məharətinin, beynəlxalq aləmdə nüfuzlu mövqeyinin və müdrik bir rəhbər kimi onun tərəfindən qətiyyətlə həyata keçirilən siyasi tədbirlərin gözlənilən nəticələridir.
Avropa Komissiyası viza rüsumunu artırır - Azərbaycan vətəndaşlarına təsir edəcək?
Avropa Komissiyasının təklif etdiyi Şengen zonasının ümumi viza məcəlləsinə dəyişikliklər Azərbaycan vətəndaşları üçün viza rüsumunun dəyərinə təsir etməyəcək. Avropa Komissiyası üçüncü ölkə vətəndaşları üçün viza rüsumunun 20 avro artırılaraq 80 avroya çatdırılması barədə qərar qəbul edib.
Vergi qanunvericiliyi dəyişdiriləcək
"Vergiləri tam və vaxtında ödəyən intizamlı vergi ödəyiciləri vergi orqanları tərəfindən həmişə dəstək görəcək". Bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarla görüşdə vergilər nazirinin müşaviri Manaf Bayramov deyib.
Sahibkarlar üçün yeni imkan: “Lisenziyalar və icazələr” portalı yaradılıb
14 mart 2018-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalının istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
Avropa İttifaqından Britaniyaya sərt yumruq: “Brexit istəyirdiniz? Buyurun!” - TƏHLİL
Bir neçə gün əvvəl Avropa Komissiyası Avropa İttifaqı ilə Böyük Britaniya arasında saziş layihəsini təqdim edib. Britaniyanın reaksiyası özünü çox gözlətməyib və bu reaksiya sərt olub. Amma bu sərt mövqeyi saxlaması üçün Britaniyanın hər hansı arqumentləri varmı?
Mayda "Moody’s"in Azərbaycan üzrə illik sammiti keçiriləcək
Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” may ayının 24-də Azərbaycan üzrə illik sammit keçirəcək. Sammitdə islahatların həyata keçirilməsində inkişaf, ölkənin kredit reytinqinə təsir edən əsas açar faktorlar müzakirə olunacaq. Sammitdə Azərbaycanın suveren reytinqi, bank sektorunda vəziyyət, neftin qiyməti və neft sektoruna baxış mövzuları müzakirə ediləcək.
Regionlarda baramaçılığın inkişafı ölkənin ixrac potensialını artıracaq
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülmüşdür.
Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq memorandumu imzaladı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən “OLAYLAR”-a bildirilib ki, əməkdaşlıq memorandumuna əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərinə əsaslanaraq, ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi, müxtəlif PR xarakterli layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün müxtəlif birgə fəaliyyətlərinin təşkili məqsədi ilə razılığa gəliblər.
Vergilər naziri Niderland səfiri ilə görüşüb
Vergilər naziri Mikayıl Cabbarov Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Onno Kerverslə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkənin vergi orqanları arasında ikitərəfli əməkdaşlığın mövcud durumu, Vergilər Nazirliyi ilə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş zamanı, Azərbaycanda fəaliyyət göstərən Niderland şirkətlərinin fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb.














