İqtisadiyyat
Banklar vətəndaşları niyə aldadır?
Keçən ilin sonunda Beynəlxalq Bank maliyyə vəziyyətinin pisləşməsi səbəbindən vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini qanunsuz olaraq birtərəfli qaydada 2 faizə endirdi. Buna görə də əmanətçilərin xeyli hissəsi əmanətlərini həmin bankdan geri götürdü. Lakin əmanətçilərin bir qismi isə məhkəməyə üz tutdu.
Beynəlxalq ekspertlər Bakıda toplaşdı, maliyyə cinayətləri ilə mübarizə müzakirə olundu
Nüfuzlu maliyyə və ticarət təşkilatı olan Amerika Banklar Assosiasiyası (BAFT) 13 mart tarixində Bakıda “Financial Crime Compliance Workshop 2018” adlı maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirib.
İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevi qəbul edib.
Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq
Martın 13-də “Təmiz Şəhər” ASC KİV nümayəndələrinin iştirakı ilə məlumat turu və mətbuat konfransı keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, KİV nümayəndələri Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor bulvarı və Böyükşor gölündə görülən işlərlə tanış olublar.
Tehranda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçirilib
Martın 13-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib. “Olaylar” xəbəbr verir ki, iclasda çıxış edən iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir.
Regional proqramlar Ağstafada uğurla icra edilir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Ağstafa rayonunda da uğurla icra edilib. Dövlət Proqramlarının uğurla icra edildiyi ötən 14 il ərzində Ağstafada görülən işlər, həyata keçirilən tədbirlər, islahatlar belə deməyə əsas verir.
Rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarında dəyişikliklər edilib
Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarında dəyişikliklər edilib. AzərbaycanRespublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən hüquqi və fiziki şəxslər idxal müqavilələri üzrə ölkəyə idxalı təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 180 gün deyil, 270 gün müddətində banka təqdim etməlidirlər. Bundan əvvəl avans yolu ilə ödənişin aparıldığı gündən bu müddət 180 gün idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda həmin şəxsə qarşı cərimə tətbiq olunurdu. Bəzi hallarda sahibkarlar obyektiv səbəblər üzündən ödənişin aparıldığı gündən 180 gün müddətində malların ölkəyə idxalını həyata keçirə bilmirdi və onların barəsində cərimə formasında inzibati tənbeh tədbiri seçilirdi.
Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb
İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, görüşdə Azərbaycan və İranın neft-qaz sahəsində əlaqələri və bu sahədə mövcud potensialdan istifadə olunmaqla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Ötən il Azərbaycan ərazisindən 10 milyon tondan çox yük daşınıb
“Azərbaycanın tranzit imkanları dəfələrlə genişlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Baakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır”. Bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Gürcüstanın Azərbaycana borcu azalıb
Bu ilin fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,495 mln. dollar təşkil edir.
İran rəsmisi: "Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur"
"Hal-hazırda əlverişli şərait olduğuna görə İran şirkətləri Azərbaycanda əkin sahələrinə maraq göstərdiklərini və əkin sahələrindən istifadə etməyə hazır olduqlarını bəyan ediblər". Bunu Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının on ikinci iclası ərəfəsində İranın mədənlər, ticarət və sənaye nazirinin müavini Müctəba Xosrovtac bildirib.
OPEK fevral ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırılıb
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin fevral ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Sənaye parkları bölgələrin inkişafında əhəmiyyətli rol oynayır
Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları bir sıra yeniliklərlə müşahidə olunmaqdadır. Belə yeniliklərdən biri də bölgələrdə Sənaye Parklarının yaradılmasıdır ki, artıq bu istiqamətdə xeyli iş görülüb. Daha doğrusu respublikanın bir sıra şəhər və raonlarında sənaye parkları yaradılıb ki, bu da ölkə iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan-İran əlaqələri müzakirə edilib
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Səhiyyə, müalicə və tibbi təhsil nazirinin 1-ci müavini İrəc Hərirçi ilə görüşüb.
Lənkəranda və Şəkidə treninqlər keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və maariflənmə imkanlarının artırılmasına kömək məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes ideyanın formalaşdırılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, tütün, barama və ipək istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması və s. barədə məlumat verilib.

.jpg)












