İqtisadiyyat

Azərbaycan nümayəndə heyəti İrana gedir

9 Mart 2018 17:41

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 12-14 mart tarixlərində İranda səfərdə olacaq.

Müxalifət səviyyəsiz təbliğat aparır

9 Mart 2018 12:03

“Müxalifətçilər çox səviyyəsiz, yersiz, lazımsız, həm də gülməli təbliğat aparırlar”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib.

Sabah Yol polisi qadın sürücüləri təbrik edəcək

7 Mart 2018 21:25

Hər il olduğu kimi bu il də Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Kriptovalyuta bazarı dəyişir - Bitkoin ucuzlaşır

7 Mart 2018 17:30

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti bugünkü hərrac zamanı ucuzlaşıb. Məlumata görə, bitkoinin qiyməti 5,19% ucuzlaşaraq 10,762 min dollar təşkil edib. Alternativ kriptovalyutalar - "Ethereum" 4,82% və ya 808,9 dollaradək, "Ripple" 4,64% (0,919 dollara qədər), "Bitcoin Cash" isə 4,13% (1,201 min dollaradək) bahalaşıb.

"Hazırda minə yaxın milli standartımız var"

7 Mart 2018 17:05

Hazırda standart fondumuzda təxminən 20 mindən çox standart mövcuddur. Bunun böyük əksəriyyəti dövlət standartlarıdır. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib.

Xaçmazda istehlakçı hüquqlarına dair konfrans keçirilib

7 Mart 2018 16:43

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə martın 7-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində istehlakçı hüquqlarına dair Konfrans keçirilib.

İmişli rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib

7 Mart 2018 16:42

 İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələri fəaliyyətə başlayıb. “Olaylar” xəbər verir ki, bununla əlaqədar İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı - 387,3 milyon...

7 Mart 2018 11:40

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. AMB-dən  verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il  mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib.

ADU ilə Malanq İslam Universiteti arasında anlaşma memorandumu imzalanıb

6 Mart 2018 20:01

Azərbaycan Dillər Universiteti (ADU) və İndoneziyanın Malanq İslam Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum ADU-nun rektoru, akademik Kamal Abdulla və Malanq İslam Universitetinin rektoru, professor Haci Maskuri Bakri tərəfindən imzalanıb.

Bank girovunun məhkəmədən kənar realizasiyası mexanizmi yaradılacaq

6 Mart 2018 17:54

"Bank kreditlərinin qiymətinin formalaşmasında kreditin maya dəyərindən başqa digər əməliyyat xərcləri, risk premiyası və gəlir marjası rol oynayır. Kredit faizlərinin aşağı salınması istiqamətində risklərin azaldılmasına yönəlmiş tədbirlər icra edilir". Məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Bu ildən valyuta mübadilə məntəqələrinin fəaliyyəti lisenziyalaşdırılacaq

6 Mart 2018 16:52

Bu ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanacaq.

“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir

6 Mart 2018 16:10

Martın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Ərzaq bazarında qiymətlərlə manipulyasiya edən 3 təsərrüfat subyekti ilə bağlı iş qaldırılıb

6 Mart 2018 14:52

"Antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması bazar subyektləri tərəfindən yol verilən haqsız rəqabət, hallarının aşkarlanması, aradan qaldırılması və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi İqtisadiyyat Nazirliyi yanından Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür".

Əli Məsimli: “Dollarla olan kreditlərlə bağlı qanun hazırlansın”

6 Mart 2018 14:31

“Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi sahibkarların işini xeyli yüngülləşdirəcək. Təklif edərdim ki, dollarla olan kreditlərlə bağlı da bu tip qanun hazırlansın”.

Nazir: “BTQ təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq”

6 Mart 2018 12:11

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir. Nazirlikdən “Olaylar”a bildirilib ki, Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və Daxili İşlər naziri Giorgi Qaxaria ilə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olan ölkələrin iqtisadi inkişafında, yükdaşımaların artmasında əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.