Regionların sosial-iqtisadi inkişafı proqramları bölgələrdə infrastrukturun yenilənməsini təmin edib

2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb. Nəticədə minlərlə yeni iş yerləri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasının dəyişməsilə bərabər, əhalinin rifah halının yüksəlməsinə, sosial problemlərin həllinə rəvac verib.

2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb. Nəticədə minlərlə yeni iş yerləri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasının dəyişməsilə bərabər, əhalinin rifah halının yüksəlməsinə, sosial problemlərin həllinə rəvac verib. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində vəsait ödənilib. Dövlət başçısının daim xüsusi həssaslıqla yanaşdığı məcburi köçkünlərin sosial problemlərinin həllinə və onların mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait xərclənib. Nəticədə yeddi çadır düşərgəsi, 16 fin tipli və yük vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub. Yeni tikilmiş və bütün lazımi sosial infrastruktura malik 92 yaşayış kompleksində 265 min məcburi köçkün mənzillə təmin edilib. Məlum olduğu kimi təhsil, səhiyyə, turizm, gənclər və idman sahələrinin inkişafı, insanların yaşayış səviyyəsinin yüksəldilməsi sosial iqtisadi siyasətdə başlıca yerlərdən birini tutur. Bu illər ərzində təhsil sektorunda islahatlar davam etdirilib, Avropa təhsil siteminə keçid təmin olunub və onun əsasında yeni məzmunlu milli təhsil sistemi qurulub. Ümumi təhsil müəssisəsində çalışan 140 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların əmək haqqı əhəmiyyətli dərəcədə artırılıb. İqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlara olan təlabatının daha dolğun təmin edilməsi məqsədi ilə peşə-ixtisas təhsil sistemi təkmilləşdirilərək 14 peşə təhsil mərkəzi yaradılıb. Ötən il respublikanın 40 rayonunda 106 modul tipli məktəb quraşdırılıb və təhsil şəraiti yaxşılaşdırılıb. 2004-2017-ci illərdə ümumilikdə 3098 məktəbin tikintisi və əsaslı təmiri hesabına təhsil müəssisələrinin maddi texniki bazası xeyli möhkəmləndirilib. Səhiyyə sistemində aparıcı texnologiyalar və müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb mərkəzlərinin açılması əhaliyə göstərilən tibbi xidmətlərin həcminin genişləndirilməsinə, keyfiyyətin nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. Ümumilikdə bu dövrdə 635 tibb müəssisəsi tikilib, yenidən qurulub və təmir edilib ki, bunların da 70%-dən çoxu regionlardakı səhiyyə obyektlərini təşkil edir. Regionların sosial-iqtisadi inkişaf proqramlarının tətbiqi nəticəsində yeni iş yerləri yaradılıb, əhalinin sosial problemlərinin həlli istiqamətində ciddi addım atılıb. Belə ki, ötən 14 il ərzində ölkədə 1,9 milyondan çox yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, dövlət sosial müdafiə fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib. Prezident İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən, daxili və xarici siyasət sayəsində bütün dünyada əks-səda doğurmuş, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası mümkün olub. Şüphəsiz ki, sadalanan uğurların qazanılmasında ölkədə ictimai, siyasi sabitlik və əmin-amanlığın yaradılması prezidentin çoxsahəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlərlə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 %-dən 93%-ə yüksltməyə imkan verib. Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı sosial siyasətin ən prioritet istiqamətlərindən olub. 2004-2017-ci illər ərzində ölkədə ümumi gücü 2400 meqovatdan artıq 30 elektrik stansiyası tikilib istismara verilib, 5200-dən çox yarımstansiya inşa edilib və ya bərpa edilib, 50 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilib. Ardıcıl və sistemli surətdə həyata keçiriliən şaxələndirmə siyasəti sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlə ölkə sahibkarlarının yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair dövlət proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı Azərbaycan iqtisadiyyatı üçün yeni olan müdafiə, gəmiqayırma, alternativ enerji və sair kimi sahələr yaradılıb. Qetri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastruktura malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin iqtisadi qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından xüsusilə əhəmiyyət daşıyır. Artıq fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ sənaye parkları, Neftçala Sənaye Məhəlləsi məhz belə müəssisələrdəndir. Bu illərdə Gədəbəy və Daşkəsən qızıl yatağı, Gəncə Avtomobil Zavodu, Gəncə Aluminium Kompleksi, Gəncə Iri Qabaritli Transformator Gərginliyi Avadanlıqları Zavodu kimi müasir tipli müəssisələr istifadəyə verilib. Dövlət başçısının təşəbbüsü ilə xalçaçılıq sənayesi yeni intibah dövrünə daxil olub. Azərxalça Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə respublikanın 10 rayonunda xalça sexləri açılıb . Növbəti illərdə daha 10 belə yeni müəssisənin yaradılması nəzərdə tutulub. 2004-2017-ci illərdə tikinti materiallarının istehsalı 4,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 10,9 dəfə artırılıb. Ümumilikdə son 14 ildə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilməsi əlavə istehsal güclərinin yaradılması və həyata keçirilmiş digər kompleks tədbirlərlə sənayenin qeyri-neft sektorunda istehaslın həcminin 2,2 dəfə artırılmasına imkan verib.
    Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında ölkənin ərza təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulu ilə təmin edilməsini iqtisadi siyasətin ən əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Qarşıya qoyulan vəzifələrin vacibliyini və miqyaslını nəzərə alaraq Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb. Proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqro-lizinq xidmətlərinin göstərilməsi müasir texnologiyalardan istifadəsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib. Ölkədə 32 iri fermer təsərrüfatı yaradlıb və bu məqsədlər üçün 70,3 milyon məblğində güzəştli kredit ayrılıb. Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin yaradılması istiqamətində intensiv işlər aparılır. Sözügedən dövlət proqramları çərçivəsində 2018-ci ilin əvvəlinə ölkədə 2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir. Təkcə keçən il həmin komplekslərdə 190 min tondan çox məhsul tədarük edilib. Dövlət proqramlarının icrasını təmin etmək məqsədilə 2017-ci ildə pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafına dair dövlət proqramları qəbul edilib, fındıqçılığın inkişafı məqsədi ilə yeni bağlar salınıb. Son 14 ildə görülmüş bütün bu işlər öz bəhrəsini verib, taxıl, pambıq, tərəvəz, diri çəkidə ət, süd, yumurta, barama və digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Bu illərdə aqrar sahədə istehsalın stimullaşdırılmasına dövlət büdcəsindən ümumilikdə 1,3 milyard manat məbləğində vəsait yönəldilib. Kənd təsərrüfatı istehsalçılarını suvarma su ilə təminatı, suvarılan torpaqların əhatəsinin genişləndirilməsi həmişə diqqət mərkəzində olub. 2004-2017-ci illərdə su tutumu 460 milyon kub metrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su ambarları tikilib istifadəyə verilib. Su tutumu 15,5 milyon kub metr olan 3 su ambarı təmir edilib, 4000 kilometr suvarma kanalları və 2,4 min kilometr kollektor-drenajor qurğularının tikintisi və bərpası işləri aparılıb, 1960 subartiziyon quyusu qazılıb. Ümumilikdə bu məqsədlərə müxtəlif mənbələrdən 4,3 milard manat məbləğində vəsait cəlb edilib. Görülmüş irimiqyaslı işlər nəticəsində 360 min hektar sahədə torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb. 127 min hektar ərazidə yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin edilib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya şəbəkələrinin tikintisi kimi olduqca vacib sosial problemlərin həlli məqsədi ilə mühüm layihələrin icrasına başlanılıb. Bu illərdə Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatı əhəmiyyətli dərəcədə yaxşlaşdırılıb. Oğuz-Qəbələ-Bakı su kəməri tikilib istifadəyə verilib, 9000 kilometrdən çox su və 3500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 230 su anbarı tikilib və yenidən qurulub. Cari ilin əvvəlindən 10 şəhər və rayon mərkəzində su və kanalizasiya xətlərinin, 9 şəhərdə isə su xətlərinin inşası başa çatdırılıb. Nəticədə 390 min əhalinin su təchizatı yaxşılaşdırılıb. Bunlarla yanaşı 487 yaşayış məmtəqəsində modul tipli su təmizləyici sistemlər quraşdırılıb və 700 min nəfərdən çox insan keyfiyyətli içməli su ilə təmin edilib.
Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərdən biri də müasir tələblərə cavab verən nəqliyyat infrstrukturunun yaradılması olub. Bu istiqamətdə görülmüş iri həcmli işlərər müsbət nəticələrinbi verib. Nəqliyyat sektoru ölkənin ümumi inkişafında mühüm yer tutub. 2004-2027-ci illərdə respublikada ümumi uzunluğu 13,3 min kilometr yol tikilib və təmir edilib, 297 körpü, 93 yol ötürücüsü və tunel, 84 yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib. 5 milyondan çox əhalinin yaşadığı 2 mindən çox yaşayış məntəqəsini birləşdirən yollar ölkə vətəndaşlarının gündəlik həyatına rahatlıq gətirməklə bərabər həm də bölgələrdə kənd təsərrüfatını, sahibkarlığın və turizmin inkişafına təkan verib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31