Gündəm

“Yeni Nəsil” sahibkarlar üçün biznesin inkişafı davam edir

11 İyun 2019 13:21

“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə həyata keçirilən “New Generation” layihəsinin “Mentorluq və Biznesin İnkişafı” mərhələsi üzrə fəaliyyətlər davam edir.

"Leyli və Məcnun" operası növbəti dəfə nümayiş olunacaq

11 İyun 2019 11:36

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, bu dəfəki tamaşa Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuşdur.

İlin ən yaxşı rektoru - Kamal Abdulla

11 İyun 2019 11:29

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib. Olaylar.az bildirir ki, bu barədə Facebook sosial şəbəkəsinin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Vaşinqton şəhərinin meri Azərbaycanla bağlı bəyannamə imzaladı 

11 İyun 2019 10:20

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalamışdır. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

Aşıq Pəri məclisinin üzvləri konsert proqramı ilə çıxış ediblər

11 İyun 2019 10:17

Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib. Olaylar.az bildirir ki, gecədə çıxış edən Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Pəri məclisinin yaranmasının 35 illiyinin ölkə miqyasında geniş qeyd olunduğunu bildirib. 

2019-cu ildə süni intellekt prosessorlarının tədarük həcmi 170% artacaq

11 İyun 2019 10:14

Yaxın gələcəkdə süni intellekt elementlərinə malik proqram təminatı ilə işləmək üçün optimallaşdırılmış prosessorların tədarük həcmi sürətlə yüksələcək. Analitiklərin qiymətləndirməsinə əsasən, 2019-cu ildə süni intellekt çiplərinin qlobal tədarük həcmi 2018-ci illə müqayisədə 170% artaraq 340 milyonu ötəcək. Gələcəkdə artım davam edəcək: 2023-cü ilədək süni intellekt prosessorlarının tədarük həcmi 1,5 milyarda yaxınlaşacaq.

Rəqs müsabiqəsi keçirilib

10 İyun 2019 16:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 8-9 iyun tarixlərində Mərdəkan Mədəniyyət Sarayında Rəqs müsabiqəsi keçirilib.

Rektor əcnəbi tələbələrlə görüşdü

10 İyun 2019 15:56

Azərbaycan Dillər Universitetində CLS Azərbaycan dili proqramı çərçivəsində təhsil alacaq xarici tələbələrlə görüş keçirilib. Görüş ADU-nun Amerika Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Əldə edilən hər bir uğurun təməlində 15 iyun gerçəkliyi dayanmaqdadır – Bəhruz Quliyev

10 İyun 2019 15:26

“15 iyun  - Milli Qurtuluş Günü ilk növbədə, öz dövlətini, Vətənini sevən azərbaycanlıların şanlı tarixidir və bu tarix Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılmasında çox nəhəng rola malikdir”. Bu fikirləri Olaylar.az -a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Qarayev adına Mərkəzi İncəsənət məktəbində əməkdaşlıq görüşü keçirilib 

10 İyun 2019 15:10

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaq məqsədilə əməkdaşlıq görüşü keçirilib.

“Papağına dilini sürtdü, dili açıldı” - Seyidin nəvələrindən AÇIQLAMA

10 İyun 2019 14:50

“Papağına dilini sürtdü, dili açıldı” - Seyidin nəvələrindən AÇIQLAMA

Nağıllarımda uşaqlara qanı yox, ağılı, məntiqi təbliğ edirəm

10 İyun 2019 13:56

Solmaz Amanova: "Bir çox dövlət məktəblərində müəllimlər özləri belə uşaq yazarlarından xəbərsizdilər " Olaylar.az  "İrs" dərsliyinin, 40-dan çox elektron kitabın, 60 cizgi filminin, anatomiya, farmakologiya üzrə əsərlərin, anatomik terminologiyada nağılların müəllifi Solmaz Amanova ilə müsahibəni təqdim edir.

Kino ulduzlarının gələcək uğuru proqnozlaşdırılacaq

10 İyun 2019 13:53

Londonun Kraliça Mariya Universitetinin alimlər qrupu bu və ya digər kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıran xüsusi alqoritm yaradıblar. Kompüterin aktrisa və aktyorlarla bağlı nəticələr çıxara bilməsi üçün tədqiqatçılar tərəfindən neyroşəbəkəyə kino sənayesinin 2,5 milyon işçisinin profili yüklənilib. Alqoritm məhz onun əsasında kino ulduzlarının uğurunun analizini aparıb.

Sumqayıtda üfunət iyi verən mənzil təmizlənib

10 İyun 2019 13:17

Sumqayıtda üfunət iyi verən mənzil təmizlənib

"Sərhədlərin fövqündə" sənədli filmi təqdim edildi

10 İyun 2019 12:23

"ASAN həyat" KinoKlubun “CinemaPlus Quba” kinoteatrında Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilmiş ucqar kənddə çalışan gəncdən bəhs edən "Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib.