Gündəm

"Həkim dedi ki, bundan utanma" - Aygün Kazımova

12 İyun 2019 10:45

"İçimdə hələ də o uşaqlığı qoruyub saxlamışam. Yaşamağa, çalışmağa kömək olur. Həkim də demişdi ki, Aygün xanım, bu hərəkətinizdən nə utanın, nə də əl çəkin".

Pakistanda zəlzələ

12 İyun 2019 10:43

Pakistanında yeraltı təkanlar qeydə alınıb. Ölkənin şimalında baş verən zəlzələnin gücü 5,2 bal olub. ABŞ Geoloji Araşdırmalar qurumundan verilən məlumata görə, zəlzələnin episentri yerin 30,7 kilometr dərinliyində yerləşib.

“WhatsApp” messencerində istifadəçilərinin NƏZƏRİNƏ

12 İyun 2019 10:39

“WhatsApp” messencerindən istifadə qaydalarının pozulmasına görə istifadəçilər məhkəmə qarşısına çıxarıla bilər. Bu haqda messencerin rəsmi saytında məlumat verilib. Yenilik 2019-cu il dekabrın 7-dən qüvvəyə minəcək.

Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görüldü

12 İyun 2019 10:33

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb.

Meksikada Azərbaycanla bağlı mühüm tədbir 

12 İyun 2019 10:27

Respublika Günü və Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illik yubileyi Meksikada təntənəli şəkildə qeyd edilib. Olaylar.az bildirir ki, tədbirdə Meksika federal Hökumətinin nümayəndələri, Meksika millət vəkilləri, senator və deputatlar ofislərinin təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı nümayəndələri, Meksikada Azərbaycan icmasının üzvləri iştirak ediblər.

“Opera” şirkəti oyun brauzeri təqdim etdi

12 İyun 2019 10:22

“Opera” şirkəti oyun brauzeri təqdim edib. Brauzer yaddaş tutumunu izləyərək hazırda canlı yayım üçün tez-tez tətbiq olunan “Twitch” servisi ilə inteqrasiya edir. İndi oyun həvəskarları göstərilən video və digər oyunçuların şəbəkədə olması haqqında operativ informasiya əldə edə biləcəklər. Belə innovasiya istifadəçilərə oyundan həzz alaraq mümkün bildiriş və translyasiyaların yoxlanılması və tənzimlənməsi üçün yayınmamağa imkan verəcək.

Aylardır davam edən müharibədə SON NÖQTƏ: ABŞ və Türkiyə...

12 İyun 2019 10:14

ABŞ Türkiyə ilə gərginliyə səbəb olan S-400 müdafiə kompleksi və F-35 döyüş təyyarələri ilə bağlı müzakirələr aparacaq. Bu barədə ABŞ-ın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan bildirib.

Namiq əsasız gəzə bilmir - Foto

12 İyun 2019 10:13

Meyxanaçı Namiq Qaraçuxurlu yeni fotosunu sosial şəbəkə istifadəçiləri ilə bölüşüb. Sənətçinin əsa ilə gəzməsi diqqətdən qaçmayıb.

Bolton: Rusiya və Çin şayiələr yayır ki...

12 İyun 2019 10:09

Rusiya və Çin başqa ölkələr arasında ABŞ administrasiyasında fikir ayrılıqları haqqında şayiələr yayır. Bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

Yalan ayaq tutar, yeriməz

11 İyun 2019 16:35

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi, professor Famil Mustafayev haqqında bəzi saytlarda həqiqətə uyğun olmayan, şantaj xarakterli yazılara rast gəldik. Təəssüf ki, bəzi üzdəniraq insanlar, anonim imzalarla elm mərkəzi olan AMEA-nın adından F. Mustafayevin ünvanına böhtan xarakterli yazılar verməklə əslində Azərbaycan elminin inkişafında böyük xidmətləri olan alimin fəaliyyətinə kölgə salmağa çalışırlar.

Teatrda ənənəvi mükafatlandırma olacaq

11 İyun 2019 16:20

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümü başa çatmaq üzrədir. Bu münasibətlə 4 iyul tarixində teatrda təntənəli mükafatlandırma mərasimi keçiriləcək.

Gəncədə “Mədəniyyət həftəsi”

11 İyun 2019 15:45

İyunun 11-də Gəncə şəhərində “Mədəniyyət həftəsi” çərçivəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovun 100 illik yubileyinə həsr olunmuş “Dönməz iradə” adlı seminar keçirilib. Olaylar.az bildirir ki, İ.Məmmədovun ev-muzeyində keçirilmiş tədbiri Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Seminar İsrafil Məmmədovun abidəsinin önünə gülqoyma mərasimindən başladı.

Yaz caz günləri başladı

11 İyun 2019 13:25

Artıq üçüncü ildir paytaxtımızda bir ənənəyə çevrilmiş “Baku Summer Jazz Days” (Bakı yaz caz günləri) festivalı dünya ulduzlarının iştirakı ilə konsertlər silsiləsi keçirir.

Əhval-ruhiyyəni idarə edən qurğu yaradıldı

11 İyun 2019 13:22

Yaponiya mühəndisləri əhval-ruhiyyəni idarə edən multisensor qurğu yaradıblar. O, xoş musiqilər səsləndirir, qoxular buraxır və təsvirlər göstərir. Bütün bunlar qurğu sahibinin psixoemosional vəziyyətini idarə etməyə imkan verir.