Aylardır davam edən müharibədə SON NÖQTƏ: ABŞ və Türkiyə...

ABŞ Türkiyə ilə gərginliyə səbəb olan S-400 müdafiə kompleksi və F-35 döyüş təyyarələri ilə bağlı müzakirələr aparacaq. Bu barədə ABŞ-ın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan bildirib.

ABŞ Türkiyə ilə gərginliyə səbəb olan S-400 müdafiə kompleksi və F-35 döyüş təyyarələri ilə bağlı müzakirələr aparacaq.

Bu barədə ABŞ-ın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan bildirib.

Polşalı həmkarı Mariusz Blaszczak ilə Pentaqondakı görüşdən öncə jurnalistlərə açıqlama verən Şanaxan qeyd edib ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə S-400 böhranını telefonda müzakirə edəcək. Həmçinin, türk pilotlatın F-35 döyüş təyyarələri təlimlərini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətiriləcək.

Bu arada, ABŞ Polşada raketdən müdafiə bazası quracaq. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Rud bu bazanının inşa edilməsində qətiyyətli olduqlarını dilə gətirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31