Əhval-ruhiyyəni idarə edən qurğu yaradıldı

Yaponiya mühəndisləri əhval-ruhiyyəni idarə edən multisensor qurğu yaradıblar. O, xoş musiqilər səsləndirir, qoxular buraxır və təsvirlər göstərir. Bütün bunlar qurğu sahibinin psixoemosional vəziyyətini idarə etməyə imkan verir.

"Multi Sensory Device XVG-01" adlı qurğu iyunun 11-12-də Çinin Şanxay şəhərində keçirilən "CES Asia 2019" texnoloji sərgisində təqdim ediləcək.

Taxta korpus, dairəvi ekran və dəstə ətirli maddələrin buraxılması üçün nəzərdə tutulub.

Qiyməti hələlik açıqlanmayan "Multi Sensory Device XVG-01" qurğusunun bu ilin sonunda və ya növbəti ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31