Bolton: Rusiya və Çin şayiələr yayır ki...

Rusiya və Çin başqa ölkələr arasında ABŞ administrasiyasında fikir ayrılıqları haqqında şayiələr yayır. Bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

Rusiya və Çin başqa ölkələr arasında ABŞ administrasiyasında fikir ayrılıqları haqqında şayiələr yayır.

Bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

"Bizdə güman etmək üçün çəkisi olan səbəblər var ki, Şimali Koreya, İran, Venesuela, Rusiya və Çin ABŞ administrasiyası, prezident və onun məsləhətçiləri arasında fikir ayrılıqları haqqında yalan məlumatlar yaymaq barədə qərar qəbul edib", - Bolton Vaşinqtonda çıxışında deyib.

O, nümunə olaraq İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərifin məsləhətçilərin Trampı İranla qarşıdurmaya apardığını deməsini göstərib. Bolton başqa sübutlar gətirməyib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31