Gündəm
Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş poeziya gecəsi
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi təşkil olunub. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan poeziyasında öz yolu, öz dəstxəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən olan Vaqif Səmədoğlunun şeirləri səsləndirilib, sözlərinə yazılmış musiqilər ifa edilib. Gecə boyu ekranda Vaqifin uşaqlıq və gənclik illərini əks etdirən videomateriallar təqdim olunub.
Qorbaçov “Çernobıl” serialından danışdı: Elə əmr verməmişdim
Son illərin ən çox izlənilən seriallarından biri olan “Çernobıl”da adı çəkilən keçmiş SSRİ prezidenti Mixail Qorbaçov ekran əsərində yalan məlumatların olduğunu söyləyib. Mixail Qorbaçov ssenarinin yalan üzərində qurulduğunu, Çernobıl atom stansiyasındakı qəzanın səbəblərini araşdıran akademik Valeri Leqasova əngəl yaratmaq göstərişi vermədiyini deyib.
VII Muğam Televiziya Müsabiqəsi başa çatır
Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir. Olaylar.az bildirir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalacaq.
Keçmiş sevgilisinin nişanlısından Şeyma Subaşına ŞOK ADDIM
Keçmiş sevgilisinin nişanlısı Şeyma Subaşına Çeşmədə bəzi məkanlara giriş qadağası qoydurub. İnstaqram fenomeni dünən Çeşmədə məşhur restoranların birinə yollanıb, 20 dəqiqə qapıda gözləyən Şeyma və dostları içəri buraxılmayıb.
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
Parisdə UNESCO-nun baş qərargahında keçirilən “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında ölkəmiz mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
“Facebook”un kriptovalyutası “Libra” adlandırılacaq
“The Information” nəşrinin məlumatına görə, “Facebook” sosial şəbəkəsi 2019-cu ilin iyununda öz kriptovalyutasını təqdim etmək niyyətindədir və sözügedən kriptovalyuta “Libra” adlandırılacaq.
200-ə yaxın insan içməli sudan zəhərləndi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 200-ə yaxın insan içməli su ilə zəhərlənib. Əcman əmirliyində yerləşən “Horizon Towers” yaşayış komplekslərinin 200-ə yaxın sakini içməli sudan zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.
Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 25 iyun Şirvan, Xırdalan, Füzulidə, 27 iyun Xudat, Yardımlı, Göyçay, Astarada, 6 iyul Goranboy və Qaxda, 13 – 27 iyun Daşkəsəndə vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Vaşinqtonun məşhur tarixi məkanlarında Azərbaycan milli rəqsləri nümayiş etdirildi
Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan Məktəbinin şagirdləri tərəfindən ABŞ paytaxtının ən məşhur məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilmişdir. Olaylar.az bildirir ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq şagirdlər Vaşinqtonun Linkoln Memorial və Prezident parklarından biri olan Ellips parkında Azərbaycan rəqsləri nümayiş etdirmişdirlər.
Milli komandaya BİABIRÇI MÜNASİBƏT: hava limanında saatlarla...
AVRO 2020 seçmə mərhələsi çərçivəsində H qrupunun 4-cü matçı üçün İslandiyaya gedən Türkiyə milli komandası böyük hörmətsizliklə qarşılaşıb. Futbolçuların pasportunun yoxlanılması və üzərlərinin axtarılması prosesi saatlarla davam edib. Onların çantaları dəfələrlə yoxlanılıb. Konya şəhərindən xüsusii təyyarə ilə İslandiya hava limanına uçan komanda buradan yalnız iki saat sonra çıxa bilib. Çıxışda jurnalistlərə açıqlama verən futbolçular kremlərinin içinə qədər axtarış aparılmasından və təkrar-təkrar yoxlanışdan keçmələrindən şikayətləniblər.
“YUĞ” Dövlət Teatrı Kazanda diplomla təltif edilib
“YUĞ” Dövlət Teatrının kollektivi Rusiya Federasiyası Tatarıstan Respublikasına səfərdən qayıdıb. Teatrın kollektivi Tatarıstanın paytaxtı Kazanda türkdilli xalqların “Novruz” teatr festivalında iştirak edib. Olaylar.az bildirir ki, “YUĞ” Dövlət Teatrı beynəlxalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib. K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunan tamaşa həm mütəxəssislər, həm də teatrsevərlər tərəfindən müsbət qarşılanıb. “YUĞ” Dövlət Teatrı festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.
Braziliyada Azərbaycana həsr olunan tədbir
Braziliya Federativ Respublikasının paytaxtı Brazilia şəhərində, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən, Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi ilə əlaqədar “28 may - Respublika Günü"nə və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
"Tramp bunu etməkdən çox xoşbəxt olar" - Nazirdən İLGİNC AÇIQLAMA
“Çin ilə ticarət müzakirələrində irəliləyiş əldə olunsa, prezident Donald Tramp “Huawei” şirkətinə qoyduğu sanksiyaları azalda bilər”. Bunu ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin deyib. “The Guardian”a açıqlama verən nazir bildirib ki, hər hansı razılaşma əldə olunmasa, Vaşinqton büdcə kəsrini azaltmaq üçün gömrük rüsumları tətbiq etməyə davam edəcək:
“Mirzə Ələkbər Sabir “Hophopnamə” audio kitabı” layihəsinin icrasına başlanıldı
Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dovlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni bir layihənin icrasına start verib. Olaylar.az bildirir ki, layihə “Mirzə Ələkbər Sabir “Hophopnamə” audio kitabı” adlanır.
Türkiyədə GÜCLÜ PARTLAYIŞ
Türkiyədə fabriklərin birində güclü partlayış baş verb. Kocaeli vilayətinin Karatəpə rayonunda qeydə alınan partlayışdan dərhal sonra bütün işçilər fabrikdən təxliyə olunub.














