Vaşinqtonun məşhur tarixi məkanlarında Azərbaycan milli rəqsləri nümayiş etdirildi
Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan Məktəbinin şagirdləri tərəfindən ABŞ paytaxtının ən məşhur məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilmişdir. Olaylar.az bildirir ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq şagirdlər Vaşinqtonun Linkoln Memorial və Prezident parklarından biri olan Ellips parkında Azərbaycan rəqsləri nümayiş etdirmişdirlər.
10 İyun 2019 10:25 SosialVaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan Məktəbinin şagirdləri tərəfindən ABŞ paytaxtının ən məşhur məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilmişdir.
Olaylar.az bildirir ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq şagirdlər Vaşinqtonun Linkoln Memorial və Prezident parklarından biri olan Ellips parkında Azərbaycan rəqsləri nümayiş etdirmişdirlər. Rəqslərdən Eynur rəqsi, Popurri, Uzundərə və Turacı ifa olunmuşdur. Azərbaycan Məktəbi xüsusi qonaq qismində rəqqaslar Məryəm Nəcəfzadə və Əli Mustafayevi dəvət etmişdir.
Rəqqaslar Qafqaz rəqsi ifa etmişdirlər. Ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval ruhiyyəsinə qoşulmuşdurlar. İfa olunan rəqslər ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanmışdır. Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilmiş, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqları cəlb olunmaqla məktəbdə mili dəyərləri aşılanır, Azərbaycan dili dərsləri keçirilir və Azərbaycan milli bayramlarını birlikdə qeyd etmək imkanını yaradır.
Qeyd edək ki, 2018-2019-cu il tədris ili ərzində şagirdlər 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramı ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Səfirlik və Ticarət Palatasında keçirilən müxtəlif tədbirlərdə, Dünya Bankında təşkil edilən Novruz bayramında da çıxış etmişdirlər.