Vaşinqton şəhərinin meri Azərbaycanla bağlı bəyannamə imzaladı 

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalamışdır. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalamışdır.

Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

Azərbaycan Respublikasının ABŞ-dakı hazırkı səfiri Elin Süleymanov və digər əvvəlki iki səfir fəallıq nümayiş etdirmiş və Vaşinqtonda böyük maraq göstərirlər.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

Mer Bouzer imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31