Gündəm

Rusiya Federasiya Şurası: "Rusiya və Fransa Qarabağ münaqişəsi ətrafında gərginliyin azaldılması üçün birgə çalışmalıdır"

6 Sentyabr 2016 16:49

Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin səviyyəsinin azaldılması istiqamətində birgə işləməlidir.

Bakı Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ciddi pozuntulara yol verib

6 Sentyabr 2016 16:44

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2016-cı ildə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə (İdarə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Türk general: Türkiyə Suriya məsələsində ABŞ-a təzyiq göstərməlidir

6 Sentyabr 2016 16:42

Türkiyə YPG (kürd özünümüdafiə dəstələri) və PYD (Demokratik İttifaq) dəstələrinin Fəratın qərbindəki Mənbic şəhərini tərk etmələri üçün ABŞ-a təzyiq göstərməlidir.

ŞOK! Azərbaycanda balıqlar kütləvi şəkildə məhv olur-Video

6 Sentyabr 2016 16:00

Saatlı rayonu ərazisində yerləşən Sarısu gölündə (qoruq) balıqların kütləvi şəkildə məhv olması qeydə alınıb. “OLAYLAR”-a daxil olan məlumata görə, hadisə sentyabrın 5-də qeydə alınıb. Ərazidə balıq tutmağa çıxan rayon sakinləri göldəki balıqların hələlik məlum olmayan səbəbdən ölərək suyun üzərinə çıxdığının şahidi olublar. Yerli sakinlər gölə zəhərli maddənin axıdılması səbəbindən belə bir hadisənin baş verdiyini ehtimal edirlər.

Avtomobildə əlvan metal aşkarlanıb

6 Sentyabr 2016 15:58

Sentyabrın 5-də Bakı-Quba yolundakı Yol Patrul Xidməti Alayının daimi postunda, Siyəzən rayon sakini Ariz Cəbraylovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. DİN-dən verilən məlumata görə, avtomobilə baxış zamanı oradan 80 kiloqram əlvan metal (mis) aşkar edilib. Sürücü avtomobillə birgə Siyəzən RPŞ-yə təhvil verilib.

İnək oğrusu saxlandı

6 Sentyabr 2016 15:56

 Bərdə rayonunda fermada oğurluq edilib. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də rayon sakini Səlim Kərimova məxsus fermadan 2 baş inək oğurlamaqda şübhəli bilinən həmyerlisi İlqar Əmrahov tutulub. Araşdırma aparılır. 

Keçmiş məhkum yenə də soyğunçuluq etdi

6 Sentyabr 2016 15:50

Sumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də şəhər sakini Elçin Ələkbərova məxsus 95 manat pulu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi Vüsal Süleymanlı tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Evdən oğurluq edən şəxslər

6 Sentyabr 2016 15:48

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Bakı şəhər sakini Gülpəri Məmmədovanın mənzilindən gümüş əşyalar və bijuteriya oğurlanıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinənlər - paytaxt sakinləri Ülvi Hacıyev və Samir Rəhimov tutulublar. Faktla bağlı araşdırma aparılır. 

Ucar sakinindən marixuana götürülüb

6 Sentyabr 2016 15:47

Ucar rayon sakinidə narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini Vaqif Rəhimovdan 8,058 qram marixuana götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq V.Rəhimova narkotik vasitəni satmış Tamerlan Abbasov tutulmuş və ondan 255,512 qram tiryək və 225,209 qram marixuana götürülüb.

Binəqədidə təhsil konfransı keçiriləcək

6 Sentyabr 2016 15:46

YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilməsi nəzərdə tutulan Təhsil konfransına hazırlıq məqsədilə Ali məktəblərə yüksək bal yığaraq ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib.

Dağlıq Qarabağda hər ötən gün savaş ehtimalı artır

6 Sentyabr 2016 15:44

“Dağlıq Qarabağdakı cinayətkar rejimin "müstəqillik"lərinin 25 iliiyini qeyd etməsi və forpostbaşı Serj Sərkisyanın da ora getməsi açıq-aydın göstərdi ki, ermənilər heç bir güzəştə getmək istəmirlər və danışıqlar yoluyla məsələnin həlli son dərəcə qəlizdir.

İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti Milli Məclisdə olub

6 Sentyabr 2016 15:43

Milli Məclis sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bahar Muradova sentyabrın 6-da İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıda avtobus qəzasında xəsarət alanların adları - SİYAHI

6 Sentyabr 2016 15:42

Nizami rayonunda 60 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına müraciət edib.

5 min terrorçu axtarılır

6 Sentyabr 2016 15:40

Terror fəaliyyəti ilə əlaqəsi olan 5 mindən çox şəxs MDB ölkələri Antiterror Mərkəzi tərəfindən axtarışdadır.

Qurban bayramı Təcili Tibbi Yardım iş rejimini dəyişəcək

6 Sentyabr 2016 15:39

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.