Rusiya Federasiya Şurası: "Rusiya və Fransa Qarabağ münaqişəsi ətrafında gərginliyin azaldılması üçün birgə çalışmalıdır"

Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin səviyyəsinin azaldılması istiqamətində birgə işləməlidir.

Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin səviyyəsinin azaldılması istiqamətində birgə işləməlidir.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının "Rusiya-Fransa: Gələcəyə parlament baxışı" adlı hesabatında deyilir.

Sənəd Rusiya Federasiya Şurasının beynəlxalq komitəsi tərəfindən hazırlanıb. Hesabatda Rusiyanın fransalı həmkarları ilə birlikdə Dağlıq Qarabağ ətrafında və Ukraynanın cənub-şərqində gərginliyin səviyyəsinin azalması istiqamətində əməkdaşlığının vacibliyi qeyd olunub. Sənəddə Rusiya-Fransa münasibətlərinin Avropa və qlobal siyasətin aparıcı faktoru olaraq qaldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31