Gündəm
Çingiz Hüseynzadə: “Rio-de-Janeyroda zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik"
“Biz Rio-de-Janeyroda olduğumuz müddətdə zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik”. Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.
Bir neçə avtobusun hərəkət trayektoriyası dəyişdirildi
Bakı Nəqliyyat Agentliyi 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edib.
Abxaziya Dağlıq Qarabağda səfirlik açacaq
Qondarma “Abxaziya Respublika”sı Xankəndində səfirlik açacaq.
Silahlı Qüvvələrə göstərilən diqqət gənclərin vətənpərvər ruhda tərbiyəsinə stimul verir
Bu ilin aprel ayında erməni təxribatı nəticəsində cəbhə xəttində baş verən hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatlar keçirərək uzun illər erməni işğalı alında olan bir neçə strateji əhəmiyyətə malik yüksəkliyi işğaldan azad etməsi Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına olan güvənc, inam hissini bir qədər də artırdı. Uzun illər müəyyən səbəblərdən yalnız məğlubiyyətlə üzləşən Azərbaycan Silahlı Qüvvələri bu dəfə məğlubiyyət sindromunu qıra bildi. Beləliklə, Azərbaycan Ordusu uzun illər qələbə arzusunda olan xalqa bu sevinci yaşatdı, ona qələbənın dadını bəxş etdi.
Türkiyə və NATO Suriyada hava məkanının bağlanmasını müzakirə edə bilərlər
NATO-nun baş katibi Yens Stoltenberqin 8-9 sentyabrda Türkiyəyə səfəri zamanı Ankara və NATO Suriyanın şimalında İŞİD-dən təmizlənmiş bütün ərazilərdə hava məkanının bağlanması məsələsini müzakirə edə bilərlər.
Sumqayıt çimərliyində TƏHLÜKƏ
"Sumqayıt inzibati rayonu ərazisinin qaynar nöqtələrindən biri olan və Xəzər dənizinə ən çox çirkləndirici maddələr axıdan axar Sumqayıtçaydır".
Referendumda "Exit-poll" keçirmək istəyən təşkilatlar məlum oldu
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda "Exit-poll" keçirmək üçün dörd təşkilat Mərkəzi Seçki Komissiyasına müraciət edib.
"Petkim" rəhbərliyində istefa
Türkiyənin "Petkim" neft-kimya müəssisəsinin rəhbərliyində dəyişiklik olub. Trend bu barədə "Haber Türk" telekanalına istinadən məlumat verir.
Ermənistanda əmək haqları azalır
Ermənistanda əmək haqlarının sabit azalma tendensiyası müşahidə olunur.
"Dedi ki, İlhaməyə dərman verək, saxta vəsiyyətnaməyə qol çəksin..."
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir. Cari ilin avqust ayında vətəndaşlar bu e-xidmətə əvvəlki iyul ayı ilə müqayisədə 17,4 faiz çox, yəni 25 597 dəfə müraciət ediblər.
Bakıda intihar cəhdinin qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin beşmərtəbəli binanın damına intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyati üzrə təhvil verilib. Əməliyyat saat 12:50-də başa çatıb.
Halqanı kəsib barmağını çıxardılar
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 02:53-də başa çatıb.
Taxıl toxumunu haradan almaq olar?
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti fermerlərin toxum ala biləcəkləri müəssisələrin siyahısını yayıb. Olaylar” xəbər verir ki, siyahıda 2016-cı ildə 1-ci və 2-ci reproduksiyalı taxıl toxumları istehsal edən Kənd Təsərrüfatı İstehsalat Müəssələri MMC-lərdə və özəl toxumçuluq təsərrüfatlarının adları yer alıb.
Deputatlarımız Belarusda parlament seçkilərini izləyəcəklər
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və deputat Xanlar Fətiyev Belarus Respublikası parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün sentyabrın 8-dən 13-dək bu ölkədə səfərdə olacaqlar.














