Çingiz Hüseynzadə: “Rio-de-Janeyroda zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik"

“Biz Rio-de-Janeyroda olduğumuz müddətdə zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik”. Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.

"Biz Rio-de-Janeyroda olduğumuz müddətdə zika virusu ilə bağlı heç bir problemlə üzləşmədik". Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Ç.Hüseynzadə bildirib ki, zika virusu bir mif idi: "Bu məsələni beynəlxalq aləmdə elə şişirtmişdilər ki, hamı Rio-de-Janeyroya getməkdən qorxurdu. Mən orada bir dənə də ağcaqanaq görmədim, zika virusu təhlükəsi sıfıra endirilmişdi, bütün obyektlər xüsusi maddələr ilə vaxtlı-vaxtında təmizlənirdi. Mən orada zika virusu ilə xəstələnən heç bir idmançı gömədim, biz orada zika virusu haqqında unutmuşduq".

Qeyd edək ki, Rio-2016 Olimpiya Oyunları ərəfəsində Braziliyiada zika virusu barədə təhlükəli vəziyyətin olduğu deyilirdi. Buna görə, Azərbaycan idmançılarına da zika virusundan qorunmaq üçün tövsiyyələr verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31