Gündəm
Türkiyə kibertəhlükəsizliyi gücləndirəcək
Türkiyə yeni kibertəhlükəsizlik strategiyası yaratmaqla haker hücumlarından müdafiəni gücləndirəcək.
Kamilə Babayeva: "Balaca sirlərimiz var"
"Tətil mənim üçün çox vacib məsələdir. Nə qədər qaçsan da, işləsən də mütləq istirahətə vaxt ayırmalısan. Bu yay da yetərincə dincələ bildim. Hazırda da xaricdə istirahətdəyəm. Bir neçə gündən sonra geri dönəcəm".
Xeyriyyə təşkilatına hücum edən yaraqlılar zərərsizləşdirildilər
Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə yerləşən xeyriyyə təşkilatının ofisinə hücumda iştirak edən bütün yaraqlıları zərərsizləşdirib.
Akif Çovdarovun cinayət işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları məhkəmə icraatına verilib.
Türkiyədə çevrilişə cəhdlə bağlı sənədli film çəkildi
Türkiyədə 15 iyulda baş vermiş hakimiyyət çevrilişinə cəhdlə bağlı “Xəyanətdən zəfərə” adlı sənədli film çəkilib.
Ermənistan “qanuni oğru”ları qovur
Ermənistan hakimiyyəti 10 il ərzində ilk dəfə erməni milliyyətindən olan "qanuni oğruları”dan canını qurtarmaq haqda qərar verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu günlərdə “Alo” ləqəbi ilə tanınan Aleksandr Makaryan və “Konço” ləqəbli Anorayr Piloyan ölkədən deportasiya ediliblər.
Vaqif Əsədov: “Polisin fəaliyyəti qanunlarla tənzimlənir”
“Report” Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdsarəsinin (BPİ DYPİ) nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun “Polisin fəaliyyəti qanunlarla tənzimlənir” adlı məqaləsini təqdim edir:
AFFA UEFA prezidenti seçkisində səs verəcəyi namizədi açıqlayıb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA prezidenti vəzifəsinə seçkilərdə hazırda Sloveniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksander Çeferinin namizədliyini dəstəkləyir.
Səudiyyə Ərəbistanı iranlı zəvvarlara viza verəcəyini bildirib
"Səudiyyə Ərəbistanı İran vətəndaşlarına Məkkə və Mədinəyə ziyarət üçün viza verəcək, ancaq onlar krallığa üçüncü ölkə vasitəsilə gedə bilər".
Referendumda "Exit-poll" keçirmək istəyən təşkilatlar məlum oldu (SİYAHI)
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda "Exit-poll" keçirmək üçün dörd təşkilat Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Ermənistan ordusunda özünəqəsd və qətl: 200-dən çox ölü
Ermənistan ordusunda 200-dən çox ölüm faktı qeydə alınıb.
Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda toplantı keçirilib
Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Qubada “Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda toplantı keçirilib. GİN-dən “OLAYLAR”-a bildirilib ki, tədbir iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış və dini radikalizmin fəsadlarını əks etdirən “Fitnə” filminə tamaşa ediblər.
Bu ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsinə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-avqust ayları ərzində 7075,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 kilometr qaz kəməri əsaslı təmir olunub. “OLAYLAR”-ın xəbərinə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb.
Gəmiçilik referenduma hazılaşır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçiriləcək.
Deputat: “Konstitusiyaya təklif edilən dəyişikliklər dövlətçiliyimizin güclənməsinə böyük töhfələr verəcək”
“Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi günün və zamanın tələbidir”. Bu fikirləri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Ə.Əmiraslanov bildirib ki, Konstitusiyaya təklif edilən dəyişikliklər dövlətçiliyimizin güclənməsinə böyük töhfələr verəcək.














