Gəmiçilik referenduma hazılaşır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçiriləcək.
6 Sentyabr 2016 14:23 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək. Vətəndaşlar qeydiyyatda olduqları ərazi üzrə səsvermədə iştirak edəcəklər. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyi QSC-yə istinadən verdiyi xəbərə görə, həmin gün dənizdə və ya xarici sularda xidməti vəzifələrini yerinə yetirən dənizçilər də öz səsvermə hüquqlarından istifadə edəcəklər. Onlar mövcud qanunvericiliyə uyğun olaraq, gəmilərdə səs verəcəklər.
Belə ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin əmri ilə Gəmiçilikdə referendum komissiyası yaradılıb. Gəmiçilik sədrinin müavini Nəzrəddin Əhmədzadənin rəhbərlik etdiyi komissiya Mərkəzi Seçki Komissiyasının ümumxalq səsverməsi ilə əlaqədar bütün qərarlarını vaxtında icra edib üzən heyətə çatdıracaq, referendum başa çatdıqdan sonra gəmilərdən daxil olan bülletenləri və radioqramları hesablayaraq yekun protokol tərtib edəcək və 29 nömrəli Dairə Seçki Komissiyasına çatdıracaq. Bununla da gəmilərimizdə üzən Azərbaycan vətəndaşlarının səsvermə hüquqları təmin ediləcək.