Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda toplantı keçirilib
Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Qubada “Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda toplantı keçirilib. GİN-dən “OLAYLAR”-a bildirilib ki, tədbir iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış və dini radikalizmin fəsadlarını əks etdirən “Fitnə” filminə tamaşa ediblər.
6 Sentyabr 2016 14:26 SosialGənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Qubada "Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər" mövzusunda toplantı keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, tədbir iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış və dini radikalizmin fəsadlarını əks etdirən "Fitnə" filminə tamaşa ediblər. Filmin nümayişindən sonra Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək, Azərbaycanda mövcud olan multikultural mühitdən, dini ekstremizmin fəsadlarından və təhdidlərə qarşı mübarizədə gənclərin əsas vəzifələrindən ətraflı danışıblar. Toplantıda çıxış edən gənclər də dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edən mövzu ilə bağlı öz fikirlərini auditoriya ilə bölüşərək bu vacib sahədə gənclərin rolunu xüsusilə qeyd ediblər.