Bu ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsinə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-avqust ayları ərzində 7075,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 kilometr qaz kəməri əsaslı təmir olunub. “OLAYLAR”-ın xəbərinə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb.
6 Sentyabr 2016 14:24 SosialSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilməsi məqsədi ilə cari ilin yanvar-avqust ayları ərzində 7075,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 kilometr qaz kəməri əsaslı təmir olunub. "OLAYLAR"-ın xəbərinə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb.