Xeyriyyə təşkilatına hücum edən yaraqlılar zərərsizləşdirildilər

Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə yerləşən xeyriyyə təşkilatının ofisinə hücumda iştirak edən bütün yaraqlıları zərərsizləşdirib. 

Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə yerləşən xeyriyyə təşkilatının ofisinə hücumda iştirak edən bütün yaraqlıları zərərsizləşdirib. 

Report bildirir ki, hücum zamanı əvvəlcə partlayış olub, sonra isə atışma başlayıb. İnsident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Qeyd edək ki, sentyabrın 5-də Əfqanıstan Müdafiə Nazirliyinin binası yaxınlığında iki güclü partlayış törədilib. Partlayışlar nəticəsində ən az 30 nəfər həlak olub, daha 40 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti "Taliban" qruplaşması öz üzərinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31