Bakıda intihar cəhdinin qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin beşmərtəbəli binanın damına intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyati üzrə təhvil verilib. Əməliyyat saat 12:50-də başa çatıb.
6 Sentyabr 2016 15:14 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin beşmərtəbəli binanın damına intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyati üzrə təhvil verilib. Əməliyyat saat 12:50-də başa çatıb.