Abxaziya Dağlıq Qarabağda səfirlik açacaq
Qondarma “Abxaziya Respublika”sı Xankəndində səfirlik açacaq.
6 Sentyabr 2016 15:33 SiyasətQondarma "Abxaziya Respublika"sı Xankəndində səfirlik açacaq.
Modern.az Abxaziya KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma dövlətin vitse-prezidenti Vitali Qabniya məlumat verib.
Azərbaycan torpaqlarında yaradılan separatçı qurumun 25 illiyik tədbirində iştirak edən Qabniya Xankəndində Abxaziyanın, Suxumidə isə Dağlıq Qarabağın səfirliyinin açılacağını deyib.
"Biz bir-birimiz anladıq. Qarşılıqlı informasiya dəstəyi, əməkdaşlıq müqavilələri imzalamaq olar".
Separatçı Abxaziya Respublikasının müstəqilliyi Rusiya, Nikaraqua, Boliviya, Venesuela, Nauru və Vanuatu dövlətləri tərəfindən tanınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31