Gündəm
Musata Amazal: "Azərbaycan millisinin yüksək nəticələr göstərəcəyinə inanıram"
"42 Ümumdünya Şahmat Olimpiadası iştirak etdiyim olimpiadalar arasında ən yaxşısıdır. Burada həm şahmatçılar, həm də nümayəndə heyətləri üçün yüksək şərait yaradılıb". BunuSİA-ya açıqlamasında Bakı Şahmat Olimpiadasında iştirak edən Mərakeş Şahmat Federasiyasının prezidenti Musata Amazal deyib.
Mariya Heysel: “Baku Crystal Hall” möhtəşəmdir"
“Bakı olimpiadasından çox razıyam. Təşkilatçılar hər bir nüansı düşünüblər. Yarışlarda hər kəs öz işini yüksək peşəkarlıqla yerinə yetirir". BunuSİA-ya açıqlamasında qadın şahmatçılardan ibarət Kosta-Rika milli komandasının üzvü Mariya Heysel deyib.
Gülən camaatının müsadirə olunan malları nə olacaq?
Türkiyənin dərnəklər idarəsinin rəhbəri Adnan Ertem Gülən camaatının müsadirə olunan malları ilə bağlı açıqlama verib.
Müxalifət Milli Şuranın mitinqini boykot etdi
Müxalifətin radikal qanadı olan Milli Şura sentyabrın 11-də mitinq keçirməyi planlaşdırır. Referendum öncəsi ölkədə qarışıqlıq yaratmaq istəyən Milli Şuranın mitinqi Müsavat Partiyası başda olmaqla digər müxalif partiyalar tərəfindən boykot edilir.
Azad Rəhimov: “Dopinq məsələsinə bundan sonra ciddi yanaşılacaq”
“Hazırda idmanın inkişafına mane olan bəzi problemlər mövcuddur. Xüsusilə, dopinq məsələsinə bundan sonra ciddi yanaşılacaq”.
“Zəhərlənən şəxslərdə yoluxucu xəstəliklərin əlamətləri var”
"Lənkəran rayonunun Daşdatük kəndində baş verən kütləvi zəhərlənmə kənd sakinlərinin istifadə etdiyi bulaq suyuna yağış sularının qarışması nəticəsində baş verib".
Hesablama Palatası dövlət xəstəxanasında ciddi pozuntular aşkarladı
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-may aylarında Ucar Mərkəzi Rayon Xəstəxanasına (Xəstəxana) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
Xarici dil öyrənmək beynin fəaliyyətini yaxşılaşdırır
Helsinki Universitetinin alimləri bildirirlər ki, xarici dil öyrənmək insan beyninin elastikliyini və onun informasiyanı kodlaşdırmaq qabiliyyətini artırır. Tədqiqatda qeyd edilir ki, insan nə qədər çox xarici dil öyrənsə, onun beyni öyrənmə prosesində toplanmış məlumata bir o qədər çevik reaksiya verir və həmin informasiya ilə bir o qədər səmərəli işləyə bilir.
Beynəlxalq Bankda direktor təyinatı
"Bank Standard"ın İdarə Heyətinin keçmiş sədri Abbas Nəsibov Azərbaycan Beynəlxalq Bankında (ABB) baş direktor təyin edilib.
Dini radikalizm və onun fəsadları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Astara rayonu Səncərədi kənd məscidində “Sülh aylığı” çərçivəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda dini icma sədrlərinin və dindarların iştirakı ilə tədbir keçirilib.
Azərbaycanlı tələbə BP-nin müsabiqəsində qalib olub
Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Elşən Mikayılov BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2016” layihə təqdimatı yarışmasında 29 təcrübəçi arasında birinci yerə layiq görülüb.
Qəbələdə beynəlxalq konfrans keçiriləcək
Dekabrın 9-10-da Qəbələdə “Artan zorakı ekstremizm və onun qarşının alınması yolları”na həsr olunan iki günlük beynəlxalq konfrans keçiriləcək. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, konfransda ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə dinc yanaşı yaşamağın təmin edilməsi üçün səyləri birləşdirməyin və tolerantlıq ideyalarına əməl etməyin zəruriliyi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Azərbaycan Xalqlar dostluğu sərgisində təmsil olunub
Bilik günü münasibətilə Rusiyanın Nijni Novqorod şəhərindəki 52 saylı orta məktəbdə Xalqlar dostluğu sərgisi təşkil edilib. SərgidəÜmumrusiya Azərbaycan Konqresi (ÜAK) Nijni Novqorod regional bölməsi də təmsil olunub.
Vitse-prezident: Azərbaycan İslam Həmrəylik Oyunlarına yeni nəfəs verdi
Azərbaycan İslam Həmrəylik Oyunlarına yeni nəfəs verdi. Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.
Rusiya və Fransa Qarabağ məsələsində birgə işləməlidir
Rusiya və Fransa Dağlıq Qarabağ ətrafında münaqişə səviyyəsinin azaldılması üzrə birgə işləməlidir.














