Musata Amazal: "Azərbaycan millisinin yüksək nəticələr göstərəcəyinə inanıram"
"42 Ümumdünya Şahmat Olimpiadası iştirak etdiyim olimpiadalar arasında ən yaxşısıdır. Burada həm şahmatçılar, həm də nümayəndə heyətləri üçün yüksək şərait yaradılıb". BunuSİA-ya açıqlamasında Bakı Şahmat Olimpiadasında iştirak edən Mərakeş Şahmat Federasiyasının prezidenti Musata Amazal deyib.
6 Sentyabr 2016 18:06 İdman"42 Ümumdünya Şahmat Olimpiadası iştirak etdiyim olimpiadalar arasında ən yaxşısıdır. Burada həm şahmatçılar, həm də nümayəndə heyətləri üçün yüksək şərait yaradılıb". BunuSİA-ya açıqlamasında Bakı Şahmat Olimpiadasında iştirak edən Mərakeş Şahmat Federasiyasının prezidenti Musata Amazal deyib.
O qeyd edib ki, Azərbaycanı beynəlxalq yarışların təşkilində dünya ölkələrinə nümunə göstərilməlidir: "Ölkənizdə beynəlxalq tədbirlər hər zaman yüksək səviyyədə təşkil olunur. Bakı Şahmat olimpiadası da çox yüksək təşkilatçılıqla diqqət çəkir. Yarışlar zamanı ciddi şəkildə nizam-intizam qaydalarına əməl olunur. Bütün qonaqlar yaradılmış şəraitdən razıdırlar".
Mərakeş Şahmat Federasiyasının prezidenti olimpiadanın favoritləri haqqında da danışıb: "Rusiya və Ukrayna komandaları hər zaman yüksək yerlər uğrunda mübarizə aparırlar. Ancaq Azərbaycan millisi də formalaşmış və təcrübəli komandadır. Onlar üçün yaradılan şərait və belə yüksək təşkilatçılıq fonunda milliizin yüksək nəticələr göstərəcəyinə inanıram".