Azərbaycanlı tələbə BP-nin müsabiqəsində qalib olub

Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Elşən Mikayılov BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2016” layihə təqdimatı yarışmasında 29 təcrübəçi arasında birinci yerə layiq görülüb.

Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 3-cü kurs tələbəsi Elşən Mikayılov BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş "Techno Fest 2016" layihə təqdimatı yarışmasında 29 təcrübəçi arasında birinci yerə layiq görülüb. "OLAYLAR"-ın xəbərinə görə, Elşən Mikayılov özünün "Bridge Racking Crane Grip Guide İnterlock" adlı proqram təminatı yenilənməsi layihəsini yarışda uğurla təqdim edib. Bu il BANM-nin 17 tələbəsi BP-də istehsalat təcrübəsi keçib. Mikayılov Elşən Rövşən oğlu 2013-cü ildə orta məktəbi bitirərək TQDK-nın ali məktəblərə I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 682 bal toplayaraq "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə BANM-ə qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüşdür. O, məktəbdə keçirilən intelektual yarışlarda, seminar və təlimlərdə fəal iştirak edir. Bu il BANM-də keçirilən "1-ci Robotiks Yarışması"nda "Moon Walkers" komandasının üzvü olaraq 2-ci yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31