Dini radikalizm və onun fəsadları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Astara rayonu Səncərədi kənd məscidində “Sülh aylığı” çərçivəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda dini icma sədrlərinin və dindarların iştirakı ilə tədbir keçirilib.
6 Sentyabr 2016 17:08 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Astara rayonu Səncərədi kənd məscidində "Sülh aylığı" çərçivəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda dini icma sədrlərinin və dindarların iştirakı ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Xəlil Lətifov, Səncərədi kənd İƏD üzrə nümayəndəsi Zaur Həsənov və din xadimləri iştirak ediblər. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, Ombudsmanın təşəbbüsü ilə elan edilmiş "Sülh aylığı" və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nın mahiyyəti
barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən, sülh və dözümlülük və milli-mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq Sərəncamını əldə rəhbər tutaraq bölgə şöbəsinə daxil olan rayonlarda maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə edilib.