Keçmiş məhkum yenə də soyğunçuluq etdi
Sumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də şəhər sakini Elçin Ələkbərova məxsus 95 manat pulu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi Vüsal Süleymanlı tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
6 Sentyabr 2016 15:50 KriminalSumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də şəhər sakini Elçin Ələkbərova məxsus 95 manat pulu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi Vüsal Süleymanlı tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.