5 min terrorçu axtarılır
Terror fəaliyyəti ilə əlaqəsi olan 5 mindən çox şəxs MDB ölkələri Antiterror Mərkəzi tərəfindən axtarışdadır.
6 Sentyabr 2016 15:40 DünyaTerror fəaliyyəti ilə əlaqəsi olan 5 mindən çox şəxs MDB ölkələri Antiterror Mərkəzi tərəfindən axtarışdadır.
APA xəbər verir ki, bunu mərkəzin rəhbəri Andrey Novikov MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının Sankt-Peterburqda keçirilən iclasında deyib.
O bildirib ki, mərkəz tərəfindən yaradılmış məlumat bankında terror fəaliyyətinə görə beynəlxalq axtarışda olan həmin insanlar barədə bilgi toplanıb.
Novikov əlavə edib ki, 1200 nəfərin olduğu yer barədə məlumatlar əldə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31