Dağlıq Qarabağda hər ötən gün savaş ehtimalı artır
“Dağlıq Qarabağdakı cinayətkar rejimin "müstəqillik"lərinin 25 iliiyini qeyd etməsi və forpostbaşı Serj Sərkisyanın da ora getməsi açıq-aydın göstərdi ki, ermənilər heç bir güzəştə getmək istəmirlər və danışıqlar yoluyla məsələnin həlli son dərəcə qəlizdir.
6 Sentyabr 2016 15:44 Siyasət"Dağlıq Qarabağdakı cinayətkar rejimin "müstəqillik"lərinin 25 iliiyini qeyd etməsi və forpostbaşı Serj Sərkisyanın da ora getməsi açıq-aydın göstərdi ki, ermənilər heç bir güzəştə getmək istəmirlər və danışıqlar yoluyla məsələnin həlli son dərəcə qəlizdir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səslənbdirib. O, bildirib ki, Ceyms Uorlikin yumşaq desək, adekvatlıqdan tam uzaq tvitləməsini nəzərə almasaq, həmsədr dövlətlər həmişə olduğu kimi yenə də Ermənistan rəhbərliyinin savaşa təhrik kimi qiymətləndirilə biləcək bu hərəkətinə heç bir reaksiya vermədilər: "Sentyabrın 3-də "yubiley" tədbirlərindən bir gün sonra " Dağlıq Qarabağda sülh mümkündür" yazmaqla amerikalı həmsədr görəsən nə demək istəyir? Aprel döyüşlərindən sonra düşmənə və havadarlarına düşünmək üçün verilən vaxt limitinin bitmək üzrə olduğunu doğrudanmı o anlamır? Xeyr, cənab Uorlik, vasitəçilik missiyasını daha çox tvitterdə bu cür ikibaşlı şərhlər yazmaqda görən sizin kimi biriləri həmsədr olaraq qaldıqca Dağlıq Qarabağda sülh mümkün deyil, əksinə hər ötən gün orada savaş ehtimalı artır".